kabab

Kababa hər nə gəldi vurmayın: böyrək xəstəliyinə tutula bilərsiniz

Baxış sayı: 730

Kabab bişiriləcək ətin dada gətirilməsi və yumşaldılması üçün ona bəzi maddələrin vurulması sağlamlıq üçün təhlükə kəsb edir. Bunu dietoloq-həkim İrina Morozova bildirir.

Həkimin fikrincə, sirkə və mayonezin ətə vurulması bir sıra xəstəliklərə yol aça bilər.

“Bu maddələrin ətə vurulması sağlamlıq barədə düşünən insanlar üçün bəlkə də ən pis variantdır”, — deyə Morozova bildirir.

Onun sözlərinə görə, yüksək temperaturlarda mayonezdən çoxlu yağ və sağlamlıq üçün təhlükəli maddələr ayrılır. Konkret olaraq sirkə insanın mədə-bağırsaq sisteminə pis təsir edir, ondan tez-tez istifadə isə hətta böyrək xəstəliklərinə səbəb ola bilər.

Dietoloq onu da vurğulayır ki, ətə kefirin vurulması da düzgün deyil. Belə ki, kefir orqanizm tərəfindən dəmir və zülalların mənimsənilməsini ləngidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir