xerceng

Xərçəngin gözdən qaçan simptomları: Siqnallara məhəl qoyulmasa…

Baxış sayı: 499

“Nəcisdə və sidikdə qan qarışıqları, qadınlarda vajinal qanaxma müşahidə olunursa yüz faiz həkimə müraciət olunmalıdır”.

Bunu Rusiyanın Milli Tibbi Tədqiqat Radiologiya Mərkəzinin baş direktoru, Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar baş onkoloqu Andrey Kaprin deyib.

Mütəxəssisin fikrincə, öskürək, halsızlıq, pəhriz olmadan arıqlama və digərləri kimi simptomlar diqqətdən kənarda qalmamalıdır. Çünki, insanlar öz bədənlərini yaxşı hiss edirlər, lakin əksər hallarda onun göndərdiyi siqnallara məhəl qoymurlar:

“Onkoloji xəstəliklərin qarşısının alınması üçün sağlam və aktiv həyat tərzi sürmək lazımdır. Yaşa uyğun olaraq tədqiqat və klinik müayinə üçün bütün reseptlərə riayət edilməlidir. Bundan əlavə, bədənin kütlə indeksini izləmək və lazım olduqda piylənmə ilə mübarizə aparmaq lazımdır. Həm də alkoqol və qırmızı ətdən sui-istifadə etməyin, siqaretdən imtina etmək daha yaxşıdır”.

Onkoloq, gündə 5-dən çox siqaret çəkməyin malign neoplazmaların inkişaf riskini 20 faiz artırdığını da vurğulayıb




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir