olum

Öləndən sonra dirilənlər- QORXUNC HİSSLƏR

Baxış sayı: 680

Hindistanda bir ailənin başına gələn bu hadisə olduqca təəccübləndiricidir. “Gencaile.az” saytı  xarici KİV-ə istinadən məlumat verir ki, Hindistanda yaşayan Gaddayyanın həyat yoldaşı Mutyala Girijamma, koronavirusdan müalicə üçün xəstəxanaya gedib. Amma bu gediş hər şeyi dəyişib…

Üç gün sonra xəstəxanaya gedən Gaddayya, həyat yoldaşını tapa bilməyib və qeydləri araşdırtmağa başlayır. Qeydlərə baxdıqdan sonra ona həyat yoldaşının vəfat etdiyi və cəsədinin təhvil verildiyi deyilib. Koronavirus tədbirləri səbəbiylə qoruyucu vasitəsiz cənazəni aça bilməyən Gaddayya, dəfn üçün məmləkətinə gedib və dini mərasim təşkil edib. Bir neçə gün sonra oğlunun koronavirusdan vəfat etdiyi xəbərini alıb. Yaxınlarının itkisinə üzülən Gaddayya həm Mutyala, həm də oğlu Rameş üçün ortaq bir anma mərasimi təşkil edib.

Amma ertəsi gün evinə qayıdanda onu şoka salan bir hadisə ilə qarşılaşıb. Həyat yoldaşı evdə olub. Arvadını sağ görən Gaddayya sevinib. Amma həyat yoldaşı gileylənib. Onu xəstəxanadan götürməyə gəlmədiyi üçün üzüldüyünü deyib.

Araşdırmalar zamanı məlum olub ki, Mutyalanın xəstəxanada qaldığı otaqda ondan sonra başqa biri müalicə almaq üçün yerləşdirilib və vəfat edib. Amma cəsəd yandırıldığı üçün kimə məxsus olduğu bilinməyib.

Bu xəbəri oxuyanda düşündüm ki, Mutyala Girijammanı basdırıblar və sonra dirilib. Axı dünyada buna bənzər çox hadisə olub. Öldüyü sanılan və ya həqiqətən, ölü olaraq məzara qoyulan, elmin belə izah edə bilmədiyi şəkildə yenidən həyata dönən insanlar haqda az eşitməmişik. Bunlardan bir neçəsini təqdim edirik. Eşidəndə heyrətlənəcəksiniz.

Bu sırada bir ildirım çaxması ilə ölüb yenidən dirilən Danion Brinkleydən bəhs edəcəyik. 28 dəqiqə ölü qlan Danion  1975-ci il iyulun 17-də fırtınalı havada telefonla danışıb. İldırımvurması nəticəsində ürəyi dayansa da, Brinkley meyitxanada həyata yenidən qayıdıb.

Valter Vilyams 78 yaşında ürək çatışmazlığından həyatını itirib. Tibb bacısı onun nəbzinin vurmadığını da müəyyən edib. Ölüm şəhadətnaməsi hazırlanıb. Vilyamsın cəsədi ölüm torbasına yerləşdirilərək, cənazə evinə göndərilib. Cənazəni dəfnə hazırlamaq istəyən şəxs amerikalının ayaqlarının hərəkət etdiyini görüb. Dərhal təcili tibbi yardım çağrılıb və 78 yaşlı qoca xəstəxana palatasında yenidən həyata qayıdıb.

Braziliyada 54 yaşlı bir qadın rəsmən ölü elan edildikdən 2 saat sonra meyitxanadakı cəsəd torbasından sağ çıxarılıb. Tibb işçiləri 2 dəfə ürək çatışmazlığı keçirən Valdelusionun yaxınlarına onun öldüyünü açaıqlamışdı. Ailəsi ölü cəsədə paltar geyindirib götürmək üçün meyitxanaya gələndə cəsəd torbasının tərpəndiyini  və Qonçalvesin nəfəs aldığını görüb. Bundan sonra ailə üzvləri onu xilas etmək üçün əlindən gələni ediblər. Bahia ştatının paytaxtı Salvador şəhərindəki Menandro de Faria Xəstəxanasında yaşanan hadisədən sonra cinayət işi açılıb.

1890-cı illərdə ABŞ-ın Kentukki ştatında yoluxucu xəstəlik yayılır. Xəstəliyin ilk qurbanı Oktavia Smit Tetçer olur. Qadın öldükdən sonra dərhal basdırılır. Ardından epidemik xəstəliyə düçar olan bir çox insan komaya düşür və 2-3 gün sonra öz-özünə düzəlir. Yəni, bu xəstəlikdən kimsə ölmür. Oktavianın əri arvadının da koma vəziyyətində basdırıldığından şübhələnir. Ertəsi gün yerli camaatla məzarı açan adamın şübhəsi haqlı çıxır. Qadın əslində, canlı-canlı basdırılmış və məzarda oyanmışdı. Tabutun hər yeri onun dırnaq izləri ilə dolu olur. Heyrətlənən insanlar qadının dırnaqlarından və burnundan qan gələn şəkildə tabutun içərisində 2-yə bükülərək yatdığını görürlər. Bu hadisədən sonra qadın yenidən basdırılıb.

1893-ildə Pensilvaniyada yaşanan hadisə zamanı Borqr adlı bir qadın qəflətən vəfat edir. Həkimlər ölümü təsdiqləyir və qadın basdırılır. Əri Çarlz Borqr arvadını basdırıldığı gün axşam yuxuda görür. Qadını ona ölmədiyini söyləyir və ərindən gəlib onu xilas etməsini istəyir. Çarlz Boqr gecəykən bir dostu ilə qəbiristanlığa gedir. Dostlar birlikdə məzarı qazırlar. Gördüklərindən isə şoka düşürlər. Xanım Borqr məzarında qan içində tərsinə çevrilibmiş. Ən qəribəsi isə qadının əl barmaqlarının heç birinin yerində olmaması idi. Bu hadisədən sonra ər Çarlz havalanaraq, özündən gedir. Onun sonrakı aqibəti bu gün də bilinmir.

2011-ci ilin iyulunda cənubi afrikalı bir ailə meyitxananın anbardarına zəng edərək, 80 yaşlı atalarının öldüyünü bildirir. Meyitxana işçisi həmin şəxsin nəbzinin vurmadığını və nəfəs almadığını yoxladıqdan sonra meyitxanaya götürür və dolabın içərisinə qoyur. Amma 21 saat keçdikdən sonra qoca kişi oyanaraq, ucadan çığırmağa başlayır. Yaşlı kişini bu halda görən işçilər onu kabus və ya qarabasma sanırlar. Bundan qorxan meyitxananın müdiri Ayanda Maqolo polisə zəng edir. Nə ilə qarşılaşdığını anlamayan Maqolo hətta silahına sarılaraq, hazır vəziyyətdə gözləyir. Polislərin gəlməsindən sonra dolabdan çıxarılan adam xəstəxanaya yerləşdirilir. Amma meyitxana sahibi öldükdən sonra təkrar dirilən qoca kişinin bu halından çox ciddi bir həyat travması alır.

Braziliyada yaşayan 2 yaşlı Kelvin Santos 2012-ci ildə keçirdiyi sətəlcəmdən sonra ölür. Uşaq hava keçirməz cəsəd torbasına qoyulur. Ailəsi dərhal dəfnə hazırlığa başlayır. Sabahı gün uşaq tabutda ikən xalası onu görməyə gəlir. Onun hərəkət etdiyini görür. Oyanan uşaq atasından su istəyir. Donra dərhal tabuta uzanır və yenidən ölür. Valideynlər bundan sonra övladlarının 2-ci dəfə öldüyünü elan edirlər. Dərhal xəstəxanaya çatdırılır. Həkimlər də uşağın öldüyünü və belə bir hadisənin mümkün olmadığını bildirsələr də, mərasimdə olanlar qorxu içərisində hadisəni gördüklərinə and içirlər.

2013-cü ilin martında Bulovayo – Zimbabvedə Mandlo adlı qadın müştərisi ilə cinsi əlaqə zamanı ölür. Səlahiyyətlilər qadının cansız bədənini almaq üçün otelə gəlirlər. Maraq səbəbindən otelin ətrafına axışan kütlə polisin qadını dəmir tabuta qoyması zamanı dirilməsi ilə böyük şok yaşayır. Eşqbaz Mandlo “Məni öldürmək istəyirsiniz”, – deyib bağırmağa başlayır. Dirilən qadını görmək xaosa səbəb olur. İnsanlar qaçmağa başlayır. Qadın dostları tərəfindən evə aparılır və o gecə birlikdə olduğu müştərisi xəlvətcə oteldən qaçır.

2013-cü ildə Analia Boter 5-ci uşağına hamilə idi. O, doğuma vaxtından 12 həftə öncə, 6 ay yarımında girir. Doğuş bitdikdən sonra həkimlər qadına və ərinə 8 kiloqramlıq körpələrinin ölü dolduğunu söyləyirlər və onları evlərinə ölüm şəhadətnaməsi ilə yola salırlar. 12 saatdan sonra ana və ata övladlarını görmək üçün geri qayıtmaq qərarına gəlirlər. O vaxt körpə meyitxanada  soyuq otaqda saxlanılırdı. Bir çox mütəxəssis tərəfindən araşdırmalar zamanı uşağın ölü olduğu bildirilmişdi. Amma meyitxanada uşağın siyirtmə qutusunu açanda körpə ağlamağa başladı və ölü olmadığı anlaşıldı. Buna görə də körpəyə Luiz Miraqlos – yəni, “İşıq Möcüzəsi” adı verilir. O hazırda çox sağlamdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir