aile

Sizin üçün hansı daha vacibdir – xoşbəxt olmaq, yoxsa haqlı olmaq?

Baxış sayı: 761

Bir-birinə qonşu olan evdə iki gənc ailə yaşayırdı. Evlərin birində daim mübahisə düşür, səs-küy eşidilirdi. Digər evdə isə sakitlik hökm sürürdü. Bir dəfə ər-arvad arasında söz-söhbət yaranır. Qadın həyat yoldaşına deyir: “Heç bir dəfə də olsun qonşu evdən səs-küy eşitmisən? Gör onlar necə yaşayırlar?” Ər qonşu evin pəncərəsinin altında gizlənir və içəridə baş verənləri müşahidə edir. Evdə hərə öz işi ilə məşğuldur – qadın mətbəxdə, kişi masa arxasında oturub, nəsə yazır. Birdən telefon zəng çalır. Kişi tələskənliklə telefonu götürməyə getdikdə ehtiyatsızlıqdan masanın üzərindəki güldanı salıb sındırır. Yerə əyilib şüşə qırıqlarını yığmağa başlayır və arvadına deyir: “Bağışla, əzizim, telefonu götürməyə tələsdiyimdən güldanı salıb sındırdım”. Qadın etirazını bildirərək cavab verir: “Yox, əzizim, günah məndədir. Güldanı ora qoymasaydım sınmazdı”. Köməkləşərək şüşə qırıqlarını yığırlar. Sonra da hərə öz işiylə məşğul olmağa davam edir.

Bütün bunları gizlicə müşahidə edən qonşu evinə qayıdanda arvadı ondan soruşur: “Nə oldu? Sakit evin sirrini öyrənə bildin?” Həyat yoldaşı cavab verir: “Öyrəndim. Onlarda hər ikisi günahkar və haqsızdılar, bizdə isə ikimiz də günahsız və haqlıyıq”.

aile

Ailədə mübahisə, söz-söhbət yarananda öz-özünüzə sual verin: “Sizin üçün hansı daha vacibdir – xoşbəxt olmaq, yoxsa haqlı olmaq?”

“Ər-arvad arasına girməzlər”, deyiblər. Bizim onsuz da ər-arvad arasına girmək kimi niyyətimiz yoxdur. Amma tez-tez boğuşan evli cütlüklərin nədən tez-tez dalaşdığı maraqlıdır. Bir çox cütlüklər həmişə eyni səbəbdən boğuşurlar. Bu söz-söhbətdə səhvi olan hər hansı bir tərəf yoxdur. Əslində baxsanız, ortada ciddi bir səbəb də yoxdur. Adi bir səbəbdən də olur. Hətta bir-birimizə həyatı zindan edirik. Yaxşı, niyə dava edirik? Evli olarkən yaranan davaların səbəblərini heç düşünmüsünüzmü? Ən böyük mübahisənin səbəbi cinsi uyğunsuzlüq və tərəflərdən birinin soyuqluğu, sifonu çəkməmək, tualeti çirkli saxlamaq, ətrafda boş stəkan və fincan qoymaq, hamam otağının çirkli qalması, çox danışmaq, bədxərclik, qısqanclıq, uşaqlar mövzusunda anlaşmamaq, işığı yanılı qoymaq, çox gec hazırlaşmaq və gözlətmək, evə lazımsız əşyalar almaq və daha nələrdir…

Ər-arvad arasındakı mübahisələrin ən baslıca səbəbi inamsızlıqdır. İnamsızlıq hissindən məhrum olan evliliklərdə həddindən artıq sahiblənmə, məhdudlaşdırıcı və maneə törədici davranışlar, sözlə və ya fiziki güc tətbiqi, tərk edilmə qorxusu, aldadılma şübhəsi, qısqanclıq, qayğısızlıq və s. buna bənzər davranışlar müşahidə edilir. Yaşanan inam azlığının yaratdığı aqressiv vəziyyətlər qarşıdakı adama ötürülür. Özünə inamı az olan sevgi əlaqələrində əsəb və qısqanclıq önə çıxır. Bu iş münasibətlərə elə “yapışmışdır” ki, “Sevən insan qısqanar” deyimi belə özünə yer tapa bilmişdir. Halbuki, sevən insan qısqanmaz, sərbəst buraxar, sevdiyi insanın özünün xüsusi sahələri və maraqları olduğu şüuruyla davranar. İnamın azlığı digər bir ifadəylə çatışmazlıq duyğusudur.

İnamsızlıq hissi uşaqlıq çağlarına əsaslandığından sağlam bir ailənin yaranmasında çətinlik yarada bilir. Vəziyyət tamamilə çıxılmaz hala gəlibsə, psixoloqla məsləhət etməyiniz yaxşı olar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir