Fərqində olmasaq da gərgin iş rejimi, tıxacda qalmaq, ev işləri bizi gün ərzində stressə salır. Bundan qurtulmaq üçün çox vaxt müxtəlif dərmanlar qəbul etməli oluruq ki, bu da digər tərəfdən orqanlarımıza mənfi təsir göstərir.
Ballınanə
Bu bitki Avstraliyada həzm problemləri daxil olmaqla qaraciyər və sinir sistemi xəstəliklərinin simptomlarının müalicəsi və aradan qaldırılması üçün istifadə olunur. Ballınanə bədəni rahatlaşdırır, sinir sisteminə təsir edir və yuxunu asanlaşdırır.
Lavanda
Bu bitkini sadəcə qoxulamaq belə insana rahatlıq gətirir. Tərkibindəki efir yağları sayəsində əzələlər boşalır, sinir sistemi sakitləşir. Çox tünd aroması olduğundan, az miqdarda istifadə etmək, çobanyastığı və ballınanəli çaya kiçik bir yarpaq atmaq kifayətdir.
Pişikotu
Tərkibində yüzdən çox aktiv maddə ehtiva edir. Bu maddələrin insanları sakitləşdirdiyi, narahatlığı azaltdığı və yuxu problemi olanlar üçün təsirli olduğu araşdırmalarda sübut olunub. Yuxuya getmə prosesini sürətləndirir, yuxu vaxtını və keyfiyyətini artırır. Təbii bir antidepresan olan pişikotu, dərmanlar kimi asılılıq yaratmır. Kök və yarpaqlarından istifadə olunan bu bitki eyni zamanda qan təzyiqini aşağı salır və əzələləri rahatlaşdırır.
Adi dazı
Sarı çiçəkləri olan bu bitki stress və yorğunluqdan əziyyət çəkənlər üçün başqa bir dərmansız müalicədir. Tərkibindəki hiperisin adlı bir maddə xoşbəxtlik hormonunun ifraz olunmasına kömək edərək depressiyaya düşən insanları sakitləşdirir. Stressi azaldır, qan təzyiqini aşağı salır və aylıq tsikl sancıları üçün faydalıdır. Ancaq dərman qəbul edən şəxslərin həkim nəzarəti altında istifadə etməsi tövsiyə olunur. Həddindən artıq istifadə olunduqda baş gicəllənməsi, ürək bulanması və yorğunluq kimi yan təsirləri müşahidə edilir.