hindistan

Bu ölkədə qadınlar ağacla evlənir, bığ saxlayan kişi polislər isə əlavə maaş alırlar – FOTOLAR

Baxış sayı: 653

Hindistan dünyanın ikinci ən çox əhali yaşayan ölkəsidir. Mədəniyyəti və qeyri-adi ənənələri ilə tanınan bu ölkədə başqa yerlərdə tapa bilməyəcəyiniz bir çox maraqlı ənənələr var. Bu ənənələr sayəsində ölkəyə çoxsaylı turist gəlir.

Beləliklə, Hindistana məxsus bir neçə maraqlı ənənələr haqqında faktları təqdim edirik.

 

Hindistanda insanların çoxu hind dilində danışmır

İnanmayacaqsınız, ancaq Hindistanda 19.500-dən çox dildə və ləhcədə danışılır. Ancaq bu dillərdən yalnız 121-si 10 mindən çox insan tərəfindən istifadə edilir. Hind dili rəsmi dil olsa da əhalinin yalnız 44% -i hind dilində danışır.

Evli qadınlar ayaq barmaqlarına üzük taxırlar

Əksər ölkələrdə evlilik zamanı üzük sol əlin barmağına taxılsa da, Hindistanda belə deyil. Toy üzüyü sağ ələ taxılır. “Bichhiya” kimi tanınan bir üzük taxırlar. Bu üzük isə ələ deyil, hər iki ayağa taxılır. Hindular bu üzüyün müalicəvi xüsusiyyətlərə malik olduğuna inanırlar.

McDonald's Hindistan'daki 169 restoranı kapattı

Hindistandakı “McDonald’s” və digər “fast-food” restoranlarında vegetarianlar üçün bir çox seçimlər var

Ölkənin 38% -i heç bir növ ət yemir. Bu qədər vegetarianın olmasının səbəbi ümumiyyətlə, dini inancları ilə əlaqədardır. Buna görə “McDonald’s” kimi bir çox iri “fast-food” şəbəkəsi müştərilərinin istəklərinə uyğunlaşır. Məsələn, Hindistandakı “McDonald’s” menyusunda noxud, kartof və hind ədviyyatından hazırlanmış vegetarian yeməkləri hazırlanır.

Hindistan'da Neden İnekler Kutsaldır

İnəklərə insan kimi baxılır

Hər kəsin bildiyi kimi Hindistanda inəklər müqəddəs sayılır. Buna görə də inəklər ölkədə sərbəst dolaşır. Təxminən 6 milyon inək böyük şəhərlərdəKİ səkilərdə gəzir, hətta bəzən nəqliyyatın sıxlığına səbəb olurlar. Hindistanda inək kəsmək və ya ixrac etmək də qadağandır. Hətta 2007-ci ildə inəklərin ixrac olunmaması üçün şəkilli şəxsiyyət vəsiqələri də hazırlanıb.

 

Hindlilər ilin altı fəslinə görə yemək yeyirlər

Hindistanda rəsmi olaraq 4 mövsüm var. Ancaq Hindu təqviminə görə əlavə 2 mövsüm də mövcuddur. Bunlar Varşa və Hemantdır. Fəsillər Hindistanda yaranan minillik dərman növü olan Ayurveda prinsipləri ilə əlaqələndirilir. Ayurveda təbabəti bədəndəki müxtəlif enerjinin balanslaşdırılmasına yönəlib.



Üçüncü cins Hindistanda rəsmi şəkildə tanınır

2014-cü ildən bəri Hicra Hindistanda üçüncü cins olaraq tanınır. Hicra transgender və ya cinslərarası insanlara verilən bir addır. Hindlilər hicraların bəxt gətirmək və ya lənət etmək gücünə sahib olduğuna inanırlar.

Hindistan'da corona virüs karantinası nedeniyle aç kalan maymunlar şehre indi: Hükümet'ten "öldürebilirsiniz" çözümü! | NTV

Meymunlar sərbəst dolaşır, hətta hovuzlarda üzür və uçurtma uçurur

Hindistanda inəklərlə yanaşı digər heyvanlar da sərbəst yaşayır. Meymunlar da şəhərdə sərbəst gəzən heyvanlardır. Şəhərdə hovuzlarda üzən və bina zirvələrində dolaşan meymunları görmək mümkündür.

Körpə uşaqlara makyaj edilir

Hindistanda yaşayan bir çox valideynlər övladlarının gözlərinə qara göz layneri tətbiq edirlər. Ancaq bu, qadınların istifadə etdiyindən fərqli bir göz layneridir. “Kajal” və ya “Kol” kimi tanınan bu göz laynerinin adı bölgədən bölgəyə dəyişir. Kajalın əsas tərkib hissəsi bir növ kükürd mineraldır və uşaqları pis gözdən qoruduğuna inanırlar. Bəzi insanlar bunun göz xəstəliklərinin qarşısını aldığına da inanırlar.

 

Kişilər küçədə əl-ələ gəzirlər

Hindistandaa küçədə əl-ələ gəzən eyni cinsli insanları görə bilərsiniz. Bu, dostluq əlaməti olaraq görülür və qəribə sayılmır.

 

Hindistanda ağaclarla və ya heyvanlarla evlənən insanlar var

Hindistanda insanlar heyvanlarla və ya ağaclarla evlənə bilərlər. Bu evliliyin qanuni bir qüvvəsi olmasa da, mədəni bir mərasim kimi tətbiq olunur. Bu mərasim bəxstsizlikdən qurtulmaq üçün keçirilir. Bu mərasimlər yolu ilə düşünürlər ki, bəxtsizliklərini bir ağaca və ya bir heyvana köçürmüş olurlar. Qızlardan tez-tez rəsmi evliliyindən əvvəl lənəti qırmaq üçün banan ağacları ilə evlənmələri istənilir. Mərasim “Kumbh Vivah” adlanır.

ajay sathyan movie News | Latest News on ajay sathyan movie - Times of India - Page 2

Hindistanda bığ saxlayan polislər əlavə maaş alırlar

Hindistanda polislərin bığ saxlaması olduqca geniş yayılıb. Bunu edən polislər maaşlarının yanında əlavə pul da alırlar. Buna səbəb bığın daha ləyaqətli bir imic yaratdığına inanmalarıdır.

 

İlanlara ibadət edirlər

Hindistanda bir çox heyvan üçün festival və mərasimlər var. Bunlardan biri “Naag Panchami”dir. Festival zamanı ilanlara ibadət olunur.

 

Turan Oruc




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir