efsane rustemova

“Mənim ürəyim yanlız qurdun yeməyi oldu.”- “NATAMAM”

Baxış sayı: 2. 202

Bu gün sizə ədəbiyyat aşiqi bir pasientimin öz hekayəsini anlatma tərzindən danışmaq istəyirəm.

“ Yanlızlıq aşiqi qurda könül vermək” deyə adlandırmışdı hekayəsini. Sonrasını isə belə davam etmişdi:

“ Mən onunla rastlaşanda yaralı bir halda idi. Ölümcül, xəstə və yaşlı bir qurddan ailəsi imtina edib deyə düşünüb yazığım gəlmişdi, hətta. Doğrudur, üstümə vəzifə deyil, bəlkə də indi ona görə onu qınaya bilmirəm, amma yaxınlaşıb uzun müddət qayğısına qaldım. Hətta ilk əvvəllər danışa da bilmirdi. Sonradan nisbətən yaxşılaşdı, yavaş-yavaş yeriməyə belə başladı. İlk günlər boğazından su belə keçmirdi, indi isə oturub birlikdə yemək yeyirdik. Get-gedə öyrəşirdim ona sanki. İndi tək istəyim qısa zamanda onu yaxşılaşdırmaq idi. Yaxşılaşsın ki, daha çox əylənək. Mənim ona qulluq etməyim onun da ürəyincə idi, hər ona nə isə edənə qarşılığında çox gözəl gülümsəyir və qucaqlayırdı. O belə etdikcə, mən daha çox nəisə etmək istəyirdim. Beləcə hardasa 40 gün keçdi. Bu 40 gündə gözünün rəngi belə dəyişdi sanki. Yaşı da elə də çox deyilmiş (gülür). Beləcə artıq ikimiz də birlikdə zamanın dadını çıxara biləcək  qədər sağlam və xoşbəxt idik. Hər şey olduqca yaxşı davam edirdi, həqiqətən, həyatdakı ən yaxşı günləri keçirirdik. Bir gün nədənsə narahat olduğunu gördüm. Açığı, onun belə olması məni də nigaran edirdi deyə danışmağa qərar verdim. Bu arada, sizin qədər olmasa da, mən də yaxşı dinləyiciyəm (gülür). Ondan nə olduğunu soruşdum, əvvəl hər şeyin yaxşı olduğunu desə də, sonradan nəyinsə onu sıxdığını dedi. Və belə davam elədi:

– Doğrudur, indi çox xoşbəxtəm, amma təbiətimdən qaynaqlı bir problem yaşayıram.

– Bura sənin üçün istidir? (Real olan heç nəyi eşidəcək cəsarətim yoxdur)

– (təəssüf gülümsəməsi) keşkə bu qədər asan bir problem olsaydı. Yerimizi dəyişməklə həll edərdik.

– Nəsə içmək istəyirsən?

– Otur.

– Anlayıram…

– Mən səninlə keçirdiyim bu dönəmdən olduqca zövq aldım. Həyata baxışım dəyişdi. Yaralarım sağaldı. Amma indi bu qədər xoşbəxtliyin içində nə isə məni sıxır. 10 gündür buna cavab axtarıram, axır ki tapdım.

– Sən yanlızlığa öyrəşmisən.

– Mən bu qədər ildir özümü heç belə müşahidə edə bilməmişəm. Bu sıxıntıya cavab tapmağa belə 10 günüm gedib. Sən necə belə dəqiq hiss edə bilmisən.

– Mən səni “tapanda” bu ehtimalı bilirdim. İnanmaq istəmirdim əlbəttə. Amma bilirdim ki, bu ehtimal da var.

– Bunu sənə necə deyəcəyimi bilmirdim.

– Amma buna hazır deyiləm.

– Sənin yerinə üzülürəm əlbəttə. Amma indi getməliyəm, boğuluram. Tək qalmalıyam. Bu cümlə xoşuna gəlməyəcək bilirəm, amma mən tək başına da bu qədər xoşbəxt ola bilirəm.

– Yəni mənim edə biləcəyim heç nə yoxdur?

– (məyusluq ifadəsi) ”

Yəni anlayacağınız öz cahilliyimdən bədbəxtlik yaşayıram. Mən başdan bilirdim ki, yanlız qurdun yanında olmaq üçün sadəcə onun yemi ola bilərsən. Mən də öz ürəyimi ona yem elədim, o da bundan bəsləndiyi üçün yaralarını sağaldıb getdi. Olan mənə oldu. İndi belə ürəksiz necə yaşayacam?

Belə..

Bəzən belə də olur, ilk başdan sonu-problemi görə bildiyimiz halda yaaşayıb incinməyi seçirik.

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir