peyvend

Peyvənddən neçə gün sonra antikor səviyyəsi düşür?

Baxış sayı: 531

Ümumi antikor səviyyəsi tam peyvənddən 6 həftə sonra enməyə başlayır və 10 həftə ərzində 50 faizdən çox azala bilir.

“Gencaile.az” saytı “Publika.az”-a istinadənxəbər verir ki, bu barədə London Universitet Kollecinin tədqiqatçıları danışıb. İngilis alimlərinin apardığı araşdırmanın nəticələri “Lancet” elmi jurnalında dərc olunub.

Mütəxəssislər 600 nəfərdən alınan məlumatları analiz edərək iki dozalı “Pfizer” və “AstraZeneca” peyvəndlərindən sonra yaranan antikor səviyyələrini müqayisə edib. Məlum olub ki, “Pfizer” vaksininin yaratdığı antikor sayı əhəmiyyətli dərəcədə yüksəkdir. Eyni zamanda antikorlarda azalmanın klinik nəticələri hələ aydın deyil, odur ki, koronavirusa qarşı qorunma səviyyəsinin düşməsi barədə danışa bilmərik. Digər tədqiqatlar vaksinlərin COVID-19-un ağır formalarının qarşısının alınmasında təsirli olduğunu göstərir.

Alimlərin fikrincə, antikorlar bu sürətlə azalmağa davam edərsə, bu, peyvəndlərin, xüsusən də virusun yeni variantlarına münasibətdə qoruyucu xüsusiyyətlərinin əhəmiyyətli dərəcədə zəifləməsi deməkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir