KORONAVIRUS

Koronavirusun qaraciyərə ZƏRƏRLƏRİ: Peyvənd olarmı?

Baxış sayı: 760

“COVID-19 xəstəliyi ilk növbədə ağciyərlərdə iltihab və mikrosirkulyasiyanın pozulmasını yaradır”.

Bu barədə Bakı Sağlamlıq Mərkəzinin hepatoloqu Gülnarə Ağayeva məlumat verib. O bildirib ki, lakin xəstələrin başqa orqanlarında da ciddi dəyişikliklər yarana bilər:

“Bunların arasında qaraciyərdəki zədələnmələri qeyd etmək istərdim. Biokimyəvi testlərdə yüksəlmə və qaraciyər funksiyasının pozulması sağlam insanlarda halsızlıq, iştahın itməsi, ümumi zəiflik yarada bilər. Qaraciyər xəstəlikləri olan insanlarda isə bu dəyişikliklər daha ciddi fəsadlara gətirib çıxara bilər. Belə ki, sirrozlu xəstələrdə qaraciyər ensefalopatiyası, assit, qida borusunun varikoz genişlənmiş damarlarından qanaxma kimi təhlükəli vəziyətlərlə tamamlana bilər”. 

G.Ağayeva əlavə edib ki, remissiya mərhələsində olan hər bir qaraciyər xəstəsinə (hətta, sirrozlu xəstələrə) COVID-19 əleyhinə peyvənd vurula bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir