maska

Bundan sonra meyvə qabıqlarını atmayacaqsınız

Baxış sayı: 665

Dəridə əmələ gələn yağ və bakteriyaların yaratdığı sızanaqları ev şəraitində müalicə etmək üçün meyvə qabıqlarından istifadə edə bilərsiniz.

Beləliklə, hansı meyvə qabıqlarının cilddəki hansı problemlərə yaxşı gələcəyini təqdim edirik.

 

1) Portağal və limon qabığı

Sızanaqların müalicəsində istifadə edilən bu qabıqlar cildin yağlanmasını azaldır. Eyni zamanda tərkibindəki turşular iltihabın yaranmasını əngəlləyir. Portağal qabığının tərkibində dəri tonunu tarazlayan, sağlam və gənc görünməsini təmin edən birləşmələr var. Eyni zamanda, masaj edərək selülitin yaranmasını əngəlləyə bilərsiniz

 

2) Naringi qabığı

Üz baxımı üçün istifadə etdiyiniz məhsullar, xüsusən də qırışlara qarşı kremlər qiymət baxımından baha ola bilər. Bu qabıq yüksək antioksidan tərkibə malikdir. Bu, dərinin kollagen səviyyəsini qoruyur və beləliklə qırışların yaranmasının qarşısını alır.

 

3) Portağal qabığı

Portağal qabığı dərini qidalandıraraq onu yeniləyir. Portağal qabığı tozunu az miqdarda süd, kokos yağı və ya bal ilə qarışdıraraq istifadə edə bilərsiniz. Bu üzdə pilinq effekti yaradaraq cildin yenilənməsini təmin edəcəkdir. Qurudulmuş limon, alma və banan qabıq tozları da istifadə etmək mümkündür.

 

4)Banan və avokado qabığı

Bu qabıqlar dərini ikiqat nəmləndirir. Bunun üçün təzə qabığı bütün bədəninizə və üzünüzə sürtün. Meyvə qabıqlarını qurudub toz halına salaraq sevimli losyonunuza qarışdıra bilərsiniz. Bundan başqa, banan qabığı dirsək və diz ağrılarını, mütəmadi istifadə edildikdə dirsəkdəki ləkləri zamanla aradan qaldırır.

 

Qeyd edək ki, banan qabığını suda bir gecə saxlayıb, həmin maye ilə bitkilərinizi sulaya bilərsiniz. Bu zaman bitkilərin yarpaqları daha canlı və təravətli görünəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir