Finlandiyada aparılan araşdırma nəticəsində tədqiqatçılar belə nəticəyə gəliblər ki, tam taxıllı qidalar diabetlə mübarizədə mühüm rol oynayır.
Gündə ən az 3 və maksimum 6 porsiya tam taxıllı qida istehlak etmək diabetin inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır.
Tədqiqata görə, taxıllı qidaların gündəlik istehlakı artdıqca şəkərli diabetə tutulma riski də azalır.
Qeyd edək ki, dünyada təxminən 400 milyon insanın şəkərli diabetdən əziyyət çəkdiyi bildirilir.