qara cume

“Qara Cümə”, yoxsa “Qara” dələduzluq – fırıldaqçılardan necə qorunaq?

Baxış sayı: 649

“Kaspersky” mütəxəssisləri mövsumi endirimlər və “Qara Cümə” ərəfəsində onlayn ödəniş sahəsindəki fişinq hücumlarının sayında artım qeydə alıblar.

Şirkətdən verilən məlumata görə, bu cür təhdidlərin dünya üzrə ümumi sayı cari ilin sentyabr-oktyabr ayları ərzində iki dəfədən çox, 208% artıb:

“Ümumilikdə 2021-ci ilin ilk 10 ayı ərzində “Kaspersky” tərəfindən 40 milyondan çox fişinq hücumu qeydə alınıb və dələduzlar iri brendlərin adı altında gizlənərək əsasən onlayn mağazalar və maliyyə təşkilatlarını hədəf alıblar. Adətən belə hücumlar zamanı təcavüzkarlar istifadəçinin pulunu və şəxsi məlumatlarını ələ keçirməyə cəhd edirlər. Belə sxemlərdən birində dələduzlar məşhur supermarketi yamsılayıb və müştərilərə guya şirkətin xidmətini yaxşılaşdırmaq üçün keçirilən sorğuda iştirak etmək dəvəti göndəriblər. Sorğuya qatılanlara pul da daxil olmaqla, uduşlar vəd edilib. Maraqlıdır ki, “skam mesaj” ehtiva edən belə bir səhifə brauzerin dil bölməsində əks olunub. Məsələn, istifadəçi Azərbaycandadırsa, amma onun brauzerinin tənzimləmələri ingilis dilindədirsə, səhifə ingilis dilində olacaq”.

Şirkətdən bildirilir ki, belə olan halda fırıldaqçılar həm də təklifin məhdud olduğunu bildirirlər:

“Onlar qeyd edir ki, pulu guya yalnız 100 nəfər əldə edə bilər, sorğuda iştirak üçün qərar verməyə ayrılan vaxt isə çox azdır (səhifədə geri sayım sayğacı görsənir). Nəticədə istifadəçi məlumatlarını və pulunu itirir, vəd olunan uduş isə yoxa çıxır. Ən saxta fırıldaq üsuluna gəldikdə, bu, “ənənəvi skam” sxemi ola bilər – insana uduş qazandığı haqqında məlumat verilir, amma onu əldə etmək üçün kiçik məbləğdə komissiya istənilir, hansı ki, bu vəsait də təcavüzkarın cibinə gedir. Ya da bu cür sxemlərdə insanlar sorğu keçirilən başqa səhifələrə yönləndirilirlər. Bəzi səhifələrdə insanlardan bildirişi aktivləşdirmək xahiş olunur, daha sonra isə reklam və “skam” göndərişlərinin ardı-arası kəsilmir”.

Şirkətdən bildirilir ki, təcavüzkarlar hər zaman öz sxemlərini cari gündəliyə uyğunlaşdırır:

“Dələduzlar tez-tez elektron ödəniş və onlayn mağazalar qismində maskalanırlar. Təhlükəsizlikdən əmin olmaq üçün, saytın doğrudan da göstərilən brendə aid olub-olmadığını yoxlayın: ünvanın adı rəsmi ünvanla üst-üstə düşür, URL isə HTTPS-lə başlayır”.

Dələduzların toruna düşməmək üçün digər onlayn təhlükəsizlik qaydalarına da əməl etmək lazımdır:

poçt, messencer və ya sosial şəbəkələrdəki şübhəli linklərə keçid etməyin, həmçinin şübhəli saytlardakı reklam banerlərinə klikləməyin;

onlayn alış-veriş üçün ayrıca bir kartınız olsun, məsələn, virtual kartda kiçik məbləğ saxlayın, həmçinin gündəlik xərc limitləri təyin edin;

 

Nigar İsgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir