“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə dolma kababının hazırlanma qaydasını təqdim edəcəyik.
Tərkibi:
1-1,5 kq qiymə
500 q quyruq
soğan
duz
istiot
nanə
reyhan
keşniş toxumu
qara istiot
üyüdülmüş zirə
iç piyi – bükmək üçün
Hazırlanması:
Əti bıçaqla xırdalayın – qiymə halına düşənədək. Quyruğu və soğanı da xırdalayın. Ədviyyatı zövqünüzə görə seçin, məsələn, nanə, reyhan, keşniş toxumu, qara istiot və zirə ilə dadlı olur. Qiyməni qarışdırın, amma lülə-kababdakı kimi çox yox. İç piyini (pərdə) masanın üstünə sərin. Üstünə tənək yarpaqları düzün. Bir tərəfindən qiyməni qoyub rulet kimi bükün. Ruletləri qida plyonkasına bükün. Çalışın, hamar alınsın, plyonkanın uclarını düyün. Hazır ruletləri təxminən 0 dərəcə Selsiyədək soyudun. Bıçaqla kəsilməli olanda 2-3 sm enində doğrayın, şişə taxın. Yaxşı donubsa, içinin qiyməsi tökülməməlidir. Manqalda bişirin. Süfrəyə sarımsaqlı qatıq və təzə göyərti ilə verin.
Nuş olsun!
Təqdim etdi: Məsudə Sultan