Özgüvən – insanın özünü sevməsi, dəyərləndirməsi, müsbət düşüncələr, duyğular nəticəsində özünü yaxşı hiss etməsidir. Özgüvən- cəsarətlilik, ürəklilik kimi də qiymətləndirilir.
İnsanın özgüvəni Mənlik qavramı ilə əlaqəlidir:
1) Mənlik- kiməm
2) İdeal Mənlik- olmaq istədiyim Mən
3) Özünədəyər- kim olduğumla kim olmaq istəyirəm arasındakı fərq
Yazar Gael Lindenfieldə görə, özgüvən 2 hissəyə bölünür: daxili özgüvən, xarici özgüvən.
Daxili özgüvən- insanın özü ilə barışıq, özündən məmnun, düşüncələri, duyğularıdır.
Xarici özgüvən- insanın ətrafdakılara özü ilə barışıq, özündən əmin olduğu davranışları nümayiş etdirməsidir.
Uşaqlarda özgüvənin inkişaf mərhələləri:
1) Uşağın doğum anından- 1 yaşına qədər dövrü- “ təməl güvən duyğusu”
2) 2 yaş- çevrəsini kəşf etməsi
3) 3 yaş- “Mənlik” formalaşır
4) 3-6 yaş – öyrənmə- inkişaf dövrü
Özgüvəni qazanmağın yolları:
– Bacarıqlarınızı kəşf edin
-Tək qalmağı öyrənin
– Müqayisə tələsinə düşməyin
– Özünüzü sevin
– Mükəmməl olmaq məcburiyyətində deyilsiniz
Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva