“Araz” supermarketlər şəbəkəsinin PR meneceri Arzu Əliyeva məsələ ilə bağlı bildirir ki, şikayətlə bağlı sözügedən supermarketlə əlaqə saxlanılıb: “Market daxilində hədiyyə qutusuna heç bir müdaxilə edilməyib. “Araz” Supermarketlər şəbəkəsi olaraq təəsüüf edirik ki, müştərimiz belə bir halla qarşılaşıb. Dəyərli müştərimizin şikayəti əsasında məsələ araşdırıldı, kamera görüntülərinə baxıldı. Bəlli oldu ki, hədiyyə qutusuna market daxilində heç bir müdaxilə edilməyib”.
“Xatırladım ki, həmin hədiyyə qutuları “Araz” da daxil olmaqla, bütün şəbəkələrdə satılır və marketləri bu məhsullarla tədarükçülər təmin edir. Heç bir hədiyyə qutusu marketdə yığılmır, bu səbəbdən də biz yaranan vəziyyətlə bağlı tədarükçüləri məlumatlandırdıq və araşdırılma aparılmasını tələb etdik. Təkrar bildirmək istəyirəm ki, dəyərli müştərimizin bizdən asılı olmayan səbəbdən yaşadığı narahatlıq bizi çox təəssüfləndirir və buna görə ondan üzr istəyirik”, – deyə təmsilçisi söyləyir.
Aləmdə Nəsib