“Gencaile.az” saytı bu gündən itibarən şirniyyat reseptlərini təqdim edəəcəyi “Şirin süfrə” rubrikasına start verir. Oxucularımıza vaxtaşırı instagram sosial şəbəkəsindəki “my_ sweet_house_1” səhifəsinə istinadən təqdim edəcəyimiz təamların ağız dadınıza uyğun olacağına ümid edirik.
Beləliklə, “my_ sweet_house_1” səhifəsindən bizə təqdim olunan ilk resept kimi mannı tortunun hazırlanma qaydasını sizinlə paylaşacağıq.
Lazım olan ərzaqlar
4 ədəd yumurta
2 stəkan 10-15%- li xama
2 stəkan şəkər tozu
1,50 stəkan mannı yarması
1 çay qayığı soda
3 yemək qaşığı kakao
Kremi üçün
350 q kərə yağı
1 paket qatılaşdırılmış süd (8,5%- li)
Qlazur üçün
4 yemək qaşığı şəkər tozu
3 yemək qaşığı kakao
2 yemək qaşığı süd
70 q kərə yağı
qoz (istəyə görə)
xaş-xaş (istəyə görə)
Hazırlanma qaydası
Mannı tortu hazırlamaq üçün şəkər tozu, xama, yumurta, söndürülmüş sodanı birlikdə çalın. Mannını yavaş-yavaş əlavə edin. Xəmiri iki bərabər yerə bölün, birinə kakao və xırdalanmış qoz (və ya xaş-xaş) qatın. Tortda qoz sevmirsinizsə yalnız kakao qatın. Hər hissədən iki korj bişirin (cəmi 4 korj: ikisi ağ, ikisi kakaolu). Sinini yağlayın. Siniyə tökməzdən əvvəl xəmiri bir də qarışdırın, çünki mannı dibə çökür. 180 dərəcə qızdırılmış sobada 20 dəqiqə bişirin. Bu qayda ilə 4 korj bişirin. Kremi hazırlamaq üçün yumşaldılmış kərə yağını qatılaşdırılmış südlə çalın. Qlazur üçün isə şəkər tozu, yağ, süd və kakaonu qarışdırıb ocağın üstünə qoyun. Qarışdırın, qaynara düşəndən sonra vam odda daha 5 dəqiqə bişirin. Soyudun. Korjlara şərbət hopdurun (1:1 nisbətində su və şəkər tozu, həmçinin mürəbbə suyuna süd qatıb ondan da istifadə edə bilərsiniz). Şərbət korja hopandan sonra üzərinə krem çəkin. Rənglərini növbələməklə və aralarına krem çəkməklə korjları üst-üstə qoyun. Kənarına krem çəkin. Üst qatına krem çəkməyin, qlazur tökün. Üstünü zövqünüzə görə bəzəyin. Məsələn, ağ kremin qalanını şprisə doldurub tortun üstünə zolaqlar çəkin, sonra isə kibrit və ya diş çöpü ilə sağa-sola hərəkət etdirib qəşəng naxışlar alınacaq.
Nuş olsun!
Damaq dadınıza uyğun tortların sifariş olunması üçün aşağıdakı səhifəyə müraciət edə bilərsiniz.
https://www.instagram.com/my_sweet_house_1/
Bu sehifeyle teqdim etdiyiniz link vasitesi ile elaqe qurmaq olmur axi. Daha dogrusu cavab verilmir