QOCA

Ölümün yaxınlaşmasının ƏLAMƏTLƏRİ

Baxış sayı: 695

Nəfəs alması və ürəyin işləməsi, oksigenin beyin hüceyrələrinə axması dayandıqda insan ölür.

Bioloji anlayış olaraq ölüm orqanizmin həyatının dönməz şəkildə dayandırılması prosesidir.

Yaşlı və ya ölümcül xəstəliyi olan bir insanın tezliklə öləcəyini göstərən bir neçə əlamət var.  Bununla bağlı ABŞ Milli Sağlamlıq İnstitutunun Yaşlanma üzrə Milli İnstitutunun məlumatlarında qeyd edilir.

 

Nəfəs darlığı

Ölümün ilk əlaməti nəfəs darlığıdır. Həkimlər bunu “hava aclığı” adlandırırlar. Nəfəs darlığı insanın “ölməyə çox vaxtının olmadığını” göstərir.

 

Yorğunluq

Ölümün başqa bir əlaməti yorğunluqdur. Bu vəziyyətdə insan daimi yuxululuq, enerjinin tədricən azalmasını, gümrah vəziyyətiin onu “tərk etdiyini” hiss edə bilər.

Ölümdən əvvəl insan bir xarakterik əlamət göstərir – sayıqlığın azalması. O, az şey hiss edir və ətrafında baş verənlərə zəif reaksiya verir.

Yaxınlaşan ölümün başqa bir əlaməti yemək və içməkdən imtina etməkdir. Fərdi olaraq, bunlar yaxınlaşan ölümün bir əlaməti deyil, lakin birlikdə bir insanın tezliklə ölə biləcəyini göstərə bilər.

Bundan əlavə, insanda bədənin bəzi hissələri tündləşə və maviləşə bilər, tənəffüs uğultu səslərinə bənzəyən anormal hala gələ bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir