Ancelina Coli çoxlarının heyran olduğu gözəl aktrisa, eyni zamanda müdrik qadındır. Qadınların illərdir axtardıqları xoşbəxtliyin sirrini o, çoxdan çözüb.
Beləliklə, oxucuları aktrisanın yaşamağa ilham verən fikirləri ilə tanış edirik:
Əgər həqiqətən istəyirsənsə…
İnsanın nəyəsə ehtiyacı varsa, onu edəcək. Şəraitin ona mane olması və ya ayın yanlış istiqamətdə çıxması barədə fikirlərlə özünüzü yükləməyə ehtiyac yoxdur. İnanın, həqiqətən ehtiyacınız varsa, insan hər şeyə qadirdir. Çünki insan vəhşi istəklə idarə olunanda sərhəd tanımır.
Həyat yoldaşı seçimi
İki evliliyimin ikisi də 3 il çəkmədi. Həmişə əmin idim ki, yanımdakı insanı yaxşı tanıyıram, amma onları düzgün qiymətləndirməmişəm. Nəticədə gələcək övladlarımın atasını axtarmağa başladım və tapdım.
Ananın övladı üçün edə biləcəyi tək şey ona yaxşı bir ata seçməkdir. Bu sözlər bizi düşünməyə məcbur edir. Kişilərin özümüzə münasibətini bağışlayırıq, amma uşaqlara pis münasibəti əsla! Pis vərdişlərə qurşananları, işləmək istəməyənləri və özünü dahi kimi təqdim edib qadınları tora salan kişiləri dərhal siyahıdan silirik. Bəli, kastinq sərtdir. Amma o, buna dəyər.
Tənqid haqqında
İnsanlar deyir ki, sən yanlış yoldasan. Buludlarda uçuramsa və ya uçuruma yuvarlanıramsa, bu sözlərin nə faydası var? Ümumiyyətlə, bu gün kim sözə və nəsihətə əhəmiyyət verir? Hər kəs təcrübə qazanmaq üçün öz qabını doldurmaq istəyir. Filosoflar hələ də həyatımızın nə olduğunu mübahisə edirlər – bərbəzəkli tale və ya verdiyimiz bütün qərarların cəmi.
İnsanlar arasındakı fərqlər haqqında
Fərqlər yaxşıdır. Biri sizə fərqli olduğunuzu söyləyəndə gülümsəyin, başınızı dik tutun və fəxr edin.
Qadın kimi axtarır?
Qadın nə qədər güclü olsa da, özündən güclü kişi gözləyir… Azadlığını məhdudlaşdırması üçün deyil, ona zəif olmaq haqqını verməsi üçün.
Özünüzə yazığınız gəlməsin
Heç vaxt peşman olmamışam. Mən təəssüflərin bəhrəsinə inanmıram. Peşman olmaq özündən utanmağa gətirib çıxarır. Nə qədər ki, utanırsan, qəfəsdəsən. İşlərin gedişatı barədə təsəvvürlərimiz bizə mövcud reallıqdan zövq almağa mane olur.