gobelekli bilincik

Göbələkli blinçik necə hazırlanır?

Baxış sayı: 670

Tərkibi:

un-400 q

1 ç.q- qabartma tozu

1 ç.q -şəkər tozu

4 ədəd yumurta

süd-800 ml

göbələk (miqdarı zövqə görədi göbələkli sevirsinizsə miqdarını çox götürə bilərsiniz)

 

Hazırlanması:

Hazırlayacağımız qaba əvvəlcə unu əlavə edib sonra üzərinə sırayla qabartma tozu, şəkər tozu, yumurta və südü əlavə edib yaxşıca qarışdırırsanki pot-pot qalmasın. Təxminən 80-100 q gobələk səliqəli doğrayıb, doğranmış göy soğanla bir yerdə yağda qızardılır. Sonra başqa bir tava götürüb, dibini yağlayıb qızartdığımız göbələkdən ora səliqəylə seyrək düzürük və üzərinə blinçik xəmiri töküb o üz-bu üz qızardırıq.

 

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir