UGUR

Hər bir sahədə uğurlu olmaq istəyirsinizsə…

Baxış sayı: 689

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir. Rusiyalı psixoloqların düşüncələrinə görə, hər bir sahədə uğurlu olmaq istəyirsinizsə, onda həyatınızın aşağıda göstərilən meyarlara görə qurmalısınız.

 

Nümunəvi tərbiyə almaq

Həyatda uğur qazanmaq üçün nümunəvi , ziyalı, dünyagörüşlü, cəmiyyət üçün etiket sayıla biləcək valideynlərdən tərbiyə almaqdan  əlavə,  çox böyük şərtlərdən biri  stimuldur

 

Möhkəm ailəyə sahib olmaq

Uğura doğru yönələn hər bir insanın möhkəm, sağlam anlayışlı, güzəştə gedə bilən, etibarlı, problemsiz ailənin üzvü olmaq da şərtdir. Burada kişi-qadın münasibətləri də vacib detaldır.  Möhkəm ailə faktorunun təməlində ailə başçısının ağıllı siyasət yürütməsi  başlıca rol oynayır.

 

Yüksək səviyyəli təhsil ala bilmək

Təbii ki, ibtidai təhsil almaq mütləqdir, amma  ali təhsil uğur etalonudur. Həyatda bilik qazanmaq təhsilsiz də mümkün ola bilər. Ancaq ali təhsil özündə təkcə biliyi ehtiva eləmir, o, həm də biliyin qavranması tərzidir, düşüncə tərzidir, bilikdən necə istifadə etmək təlimçisidir. Universitet mühiti insanın dünyagörüşünün formalaşmasında ən başlıca faktorlardandır.

 

Sağlamlıq və fiziki durumun qənaətbəxş vəziyyəti

Bəşəriyyət tarixində insan üçün sağlamlıqdan vacib heçnə mövcud olmayıb, olmayacaq da. Məşhur deyimdir, sağlam bədəndə sağlam da ruh olar.

 

 Yaxşı əhatə dairəsinə malik olma

İnsanın yaxşı ətrafa malik olması anlayışı çox dərin anlayışdır, yaşadığınız mənzili, avtomobiliniz, qarderobunuzu ara-sıra dəyişdiyiniz kimi lazımi anda və lazımi məqamda ətrafınızıda  dəyişməniz çox vacibdir.

 

 Sevdiyin peşə ilə seçdiyin peşənin vəhdəti

Heç vaxt insan sevmədiyi bir peşədə uğur qazana bilməz. Peşə seçəndə mütləq qəlbinizə  qulaq asın.  Yalnız sevib zövq aldığınız peşədə uğurlu karyera qura bilərsiniz, bunu unutmayın.

 

Məqsədyönlü olmaq

Məqsədinə çatmaq üçün mütləq mücadilə etməli, adi çətinlikdən, uğursuzluqlardan qorxmamalıyıq.

 

Özünəinam mütləqdir

Özünəinam insanın hər şeyə nail olacağına qəti əminliyidir, ən çətin vəziyyətdə, ən ağır şəraitdə özünə güvənməsidir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir