pendir

Bu xəstəlikləri olanlar PENDİR YEMƏMƏLİDİR

Baxış sayı: 703

Miqren, böyrək və hipertoniya xəstəlikləri olan şəxslərin pendir yeməsi tövsiyə olunmur.

Pendirdən mütəmadi istifadə qan təzyiqinin səviyyəsinə pis təsir edə bilər.

Böyrək xəstəliyi olan insanlar xüsusilə pendiri az yeməlidirlər. Çünki pendirin tərkibində çoxlu duz komponentləri var. Bu da sidik ifrazının pozulmasına gətirib çıxarır.

Ümumiyyətlə, heç bir allergiyası və ya xəstəliyi olmayan insanların da hər gün pendir yeməsi məsləhət deyil.

Qeyd edək ki, südün keyfiyyətindən asılı olaraq, pendirin tərkibində 25 faizə qədər zülal, 60 faizə qədər yağ və 3,5 faizə qədər karbohidrat var. 100 qram pendirin enerji dəyəri 200–400 kkal arasında dəyişir. Südün mənşəyi və tərkibindən asılı olaraq (qoyun, keçi, inək südü və s.), müxtəlif növ – bərk, yarımbərk, yumşaq, toz, krem və s. pendir məhsulu hazırlana bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir