Qoç
Bu bürcün nümayəndələri həyatınızı inanılmaz dərəcədə dəyişdirə bilər. Əgər bu bürcdən olan biri ilə münasibətiniz varsa, hər an hər şeyə hazırlıqlı olmalısınız. Sakit bir münasibət gözləməklə böyük səhv edirsiniz. Qoç bürcünün qadınları daima qürur və güc axtarışındadırlar. Onlar, həmçinin qarşı tərəfin itaət etməsini gözləyirlər. Çünki hər hansı bir insanın onların üzərində hakimiyyət qurmağa çalışmasını sevmirlər. Qoç qadınları ilə evlənən kişilərin həyatı çox rmaraqlı və əyləncəli olur.
Əkizlər
Əkizlər hər cür mühitə tez və asan adabtasiya olan yaxşı həyat yoldaşıdır. Bu bürcün nümayəndələri ehtiyaclarını önəmsəyən və onunla eyni həyat tərzini paylaşan insanla xoşbəxt olurlar. Bu bürcün nümayəndəsi ilə evlənməzdən əvvəl onu bir neçə il tanımağa çalışın. Beləliklə, uzun müddət münasibətdə necə davranmalı olduğunuz haqqında təcrübə toplayacaqsınız. Əkiz bürclü qadınla evlənsəniz, zəhmətkeş, bacarıqlı və baxımlı bir həyat yoldaşınız olacaq deməkdir. Onu da qeyd etmək lazımdır ki, bu bürclər şən və zövqlü insanlar sayılırlar.
Xərçəng
Xərçəng bürcünün nümayəndələri çox ailəcanlı hesab olunur. Normal münasibətləri və ailələrinə bağlı olurlar. Ailə Xərçənglər üçün dünyanın ən dəyərli məfhumudur. Münasibətlərində hər hansı bir problem yaranarsa, onu həll etmədən əl çəkmirlər. Sevgi dolu insanlardır. Övladlarının hər bir ehtiyaclarını ödəmək üçün əllərindən gələni edirlər.
Qız
Qız bürcləri evlilik həyatlarını nizamlı şəkildə yaşamağı sevirlər. Evlənməzdən əvvəl kommunal xərclərini ödəyəcək, arzuladıqları evliliyi yaşaya biləcək qədər pulunun olması qız bürcləri üçün çox vacibdir. Belə ki, onlar üçün maddiyat bir çox şeydən üstündür. Bürcün kişi nümayəndələri problemi həll etməkdə yaxşıdırlar. Qadın nümayəndələri isə biraz daha şübhəci, narahat xarakterlidirlər. Ancaq söhbət ailədən gedirsə, bürcün hər iki cinsinin nümayəndələri bacarıqlı, ailəyə bağlı insanlardır.
Dolça
Əmin olduqları zaman ciddi münasibətə yelkən açırlar. Dolça bürcünün nümayəndələri sadiq və əzmli insanlardır. Onlar həyat yoldaşlarına sərbəstlik və müstəqillik verməyi xoşlayırlar. Bununla yanaşı, ailəyə qarşı mehriban münasibətdə bəsləyirlər. Dolçalarla evli olanlar “xoşbəxt ailə” məfhumunu doyunca yaşayırlar. Onlar evlilikdə, ailədə daima dəyişiklilik axtarır və yeni maraq dairələri kəşf etməyə çalışırlar. Sosial yaşamlarında əziyyət çəkərlərsə, ailədə problem yarana bilər. Çünki Dolçalar həyatlarını yalnız bir adama həsr etməyi sevmirlər.
Balıqlar
Balıq bürcünün nümayəndələri üçün evlilikdən sonra bal ayı bitmək bilmir. Bu bürcün kişi nümayəndələri olmasa da, qadın nümayəndələri həyat yoldaşlarının ehtiyaclarına çox önəm verir. Onlar şəfqətli, fədəkar və qayğıkeş ana olurlar. Balıq bürclü qadınlar ailələri ilə vaxt keçirməyi dəhşət çox sevir və ondan zövq alırlar. Bunu da qeyd etmək lazımdır ki, bürcün kişi nümayəndələri yoldaşına və övladlarına qarşı çox həssasdırlar.