1419365668_hamile-bulanma

Hamiləliyin testsiz təyin olunması – ÜSULLAR

Baxış sayı: 5. 703

Keçmişdə (hamiləlik testləri olmayan vaxtlarda) qadınlar hamiləliyi müxtəlif üsullarla təyin edirdilər. Bunu üçün yod, soda və s. kimi vasitələri istifadə olunurdu.

Qadınlar inanırdı ki, yuxuda balıq görən qadın hamilədir.

Müasir qadın hamiləliyi xüsusi hamiləlik testlərinin köməyi ilə təyin edir. Testlər etibarlı vasitə sayılır. Əksər hallarda nəticə düzgün olur. Lakin bəzən bu testlər “aldada” bilər – yanlış düzgün və ya yanlış mənfi nəticə göstərə bilər. Bəzən qadınlarda test bir dəfə müsbət nəticə göstərir, sonra isə mənfi və ya tərsinə, testin üzərində çıxan zolaq daha solğun ola bilər və s. Bütün bunlar qadınlarda şübhə yaradır.

Bu halda qadın hamiləliyi təyin etmək üçün xüsisi qan analizi verə bilər. Belə analiz daha dəqiqdir. Əgər bu mümkün deyilsə, Gencaile.az saglamolun.az-a istinadən sizə hamiləliyi təyin etmək üçün bəzi üsulları təqdim edir.

– Qadın öz orqanizminə qarşı diqqətlidirsə, o hamiləliyi hətta test istifadə etmədən təyin edə bilər. Təbii ki, hamiləliyin ən əsas simptomu menstruasiyanın gecikməsidir. Lakin belə gecikmə hormonal pozulmalar, bəzi ginekoloji xəstəliklər zamanı da mümkündür. Hamiləliyin lap əvvəlində qadınların əksəriyyəti özündə soyuqdəyməyə oxşayan simptomlar hiss edir: süstlük, yorğunluq, yuxululuq. Qadın bütün günü uzanmaq, yatmaq istəyir, ev işləri ilə güclə məşğul olur.

Bundan əlavə qadında tezləşmiş sidik ifrazı, nəcis ifrazının dəyişilməsi (ishal və ya qəbizlik) müşahidə oluna bilər.

Qadında həmçinin qarının aşağı hissəsində yüngül ağrılar, uşaqlıq yolundan ifrazatların artması, döşlərin həssaslığının artması və yüngül ağrıması (xüsusilə toxunduqda) kimi simptomlar müşahidə olunur.

Qadının əhval-ruhiyyəsi dəyişkən olur, iştahası arta bilər (qadın birdən-birə şoraba, balıq və s. istəyə bilər).

Nəzərinizə çatdıraq ki, bu simptomlar həmçinin menstruasiya qabağı sindromunun əlaməti ola bilər.

– Bazal (düz bağırsaqda) hərarətinin ölçülməsi hamiləliyi təyin etmək üçün çox dəqiq üsul sayılır. Əgər menstruasiya öz vaxtında başlamayıbsa, bazal hərarəti ölçün. Hamiləlik baş tutmadıqda menstruasiyaya yaxın bazal hərarət 36,6 kimi (və hətta bundan da aşağı) enir. Lakin hamiləlik baş tutubsa, hərarət daim 37 C-dən yuxarı olur. Bir neçə gün ərzində hərarəti ölçün. Əgər hərarət daim 37 C-dən yuxarıdırsa, bu o deməkdir ki, hamiləlik, çox güman ki, baş tutub.

Bazal hərarəti düzgün ölçmək lazımdır. Bu çox vacibdir. Əks halda siz düzgün nəticə ala bilməyəcəksiniz. Bazal hərarəti qadın səhər tezdən yataqdan durmadan ölçməlidir (termometri axşamdan çarpayının yanında qoyun). Termometrin ucu düz bağırsağa daxil edilir və 3 dəqiqədən sonra nəticə qiymətləndirilir. Bu üsul yalnız ginekoloji sağlamlığında pozulmalar plmayan qadınlarda düzgün nəticə verə bilər. Qadında menstrual dövrünün pozulması, cinsiyyət sistemi iltihabları olduqda, bu üsul düz nəticə verməyə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir