ULVIYYE EFENDIYEVA

İnsanlarda həyəcan və təşviş pozuntuları nədir? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 1. 173

Həyəcan pozuntusu insanda hər hansı bir qorxu və qayğı anında meydana çıxan güclü daxili sıxıntı halı olaraq ifadə edilir. Təşviş pozuntusu olan şəxslər mütəmadi olaraq, özlərini təhlükə altında hiss edirlər və hər hansı bir yerdən təhlükə gələcəyini fikirləşib həddən artıq qorxu hiss edirlər. Bunlardan pis xəstəliyə tutulma qorxusu, ölüm qorxusu, yaxınların başına bir iş gəlmə qorxusu, öz üzərində kontrolu itirərək səhv bir iş etmə, gülünc vəziyyətə düşmə qorxusu, özünə və uşağına zərər vermə qorxuları daha çox rast gəlinənlərdəndir.

Aglamaq

Həyəcan və təşvişin əsas əlamətləri bunlardır:

Səbəbsiz yerə qorxu və panik  hiss etmək

Daimi yuxusuzluq və əsəbilik

Ürək döyüntüləri

Ağız quruması

Əllərin içinin tərləməsi

Daimi pis bir şey olacağını fikirləşmə və s

Bunların yaranmasının bir çox səbəbləri vardır: keçmişdə baş vermiş hər hansı hadisəylə əlaqədar olan qorxu, narahatlıq kimi emosiyanal reaksiyaları gələcəkdə həyəcan pozuntusuna  səbəb ola bilər. Həyəcan pozuntusu olan şəxslər duyğusal narahatlıqlar və izah edə bilmədiyi bəzi səbəblərə görə qorxu və qayğı yaşayırlar, şüuraltı mərkəzdə olan hadisələri normal həyatda xatırlaya bilmirlər və ona görə qorxu və narahatlıq keçirdiklərini bəzən ifadə edə bilmirlər.

Uşaqlarda həyəcan yaradan səbəblərin qaynağı bəzən təxmin olunur, bəzən də heç gözlənilməz bir şey ola bilər. Valideynlər uşaqlarında həyəcanın səbəblərinivə nə edə biləcəklərini bildiyi təqdirdə uşaqlarına çox yaxşı dəstək ola bilirlər.

xestelik

Uşaqlarda həyəcan, təşviş pozuntusunun bir çox səbəbləri vardır:

Valideynlər arasındakı mübahisə ilə bağlı həyəcanlar

İtkilərə görə yaşadıqları həyəcanlar

Tərk ediləmə qorxusuyla bağlı həyəcanlar

Fiziki fəaliyyətlərə müdaxilə edilməsilə bağlı həyəcanlar

Müstəqilliyə müdaxilə olunmasilə bağlı həyəcanlar

Günahkarlıq hissinə bağlı həyəcanlar

Valideynlər övladlarına qarşı çox diqqətli olmalıdırlar. Onlarda hər hansı  səbəbdən olursa olsun həyəcan , təşviş hiss edirlərsə , onu aradan qaldırmağa çalışmalıdırlar. Övladlarını dinləməyi, anlamağı , dost olmağı bacarmalıdırlar. Lazım gəlsə, psixoloqa müraciət etməlidirlər.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir