Türkiyə son bir neçə gün ərzində gənc qızların və hər yaşdan olan qadınların iştirakı ilə səs-küylü etirazların şahidi olur. Etirazlara səbəb keçən həftə 20 yaşlı universitet tələbəsinin təcavüzə məruz qalaraq qətlə yetirilməsidir.
Həftə sonu bütün Türkiyədə genişmiqyaslı etiraz aksiyaları keçirilib və qızın adından ibarət həştəq 3 300 000 dəfə istifadə edilib. Lakin sosial mediada, həmçinin, öz cinsi istismar və zorakılıq təcrübələrini paylaşan qadınlara aid həştəqlərə də rast gəlmək olar.
Türk qadınlarının zorakılığa, cinsi təcavüzə və təqibə qarşı çıxış etməyə başladığı bir anda, “BBC”nin əməkdaşı İstanbulun öndə gedən psixiatrlarından professor Sahika Yüksəldən təcavüzkarın necə düşündüyünü soruşub:
Sual: Kişilər niyə zorlayırʔ Təcavüzkarın motivasiyası nə ola bilər?
Kişilər niyə zorlayır? Tamamilə səhv ehtimaldır ki, kişilər hormonal ehtiyacları nəticəsində zorlayırlar. Küçədəki kişi qadını elə durduğu yerdə zorlamır. Bunun düzgün olmadığını bilərək, onlar bunu gizlin, gözdən uzaq bir yerdə edirlər.
Zorlama seksual akt deyil. Zorlama təcavüzdür. Bu, qələbə qazanmaq deməkdir. Bu, məqsədə nail olmaq deməkdir və burada qadın məqsəddir – bu, birinin gücü deməkdir. Və bəzi insanlar ola bilər ki, bundan həzz alır.
Zorlama təhlükəli davranış hesab edilir, bu doğrudur, lakin bu, kişilərin törətdiyi yeganə təcavüz deyil.
Psixoloji zorakılıq, fiziki zorakılıq, maliyyə zorakılığı, qadın haqlarına hörmətsizlik və ayrı-seçkiliyin mümkün olduğu halda, zorlamalar da baş verir.
Sual: Təcavüzkarın tərbiyəsi onun gələcəkdəki davranışlarına təsir edirmi?
Bu cəmiyyətdə uşaqlar dominant kişi dəyərlərinə uyğun tərbiyə alıb böyüyürlər. Anaya əri ilə fərqli davranmaq və onun avtoritar qaydalarına tabe olmaq öyrədilib.
Buna görə də ana, bu davranışı oğlu və qızı ilə birgə yaşayır. Biz bilirik ki, anası evdə zorakılığa məruz qalmış qızlar öz evliliklərində daha çox zorakılığa məruz qala bilir.
Anaları ataları tərəfindən döyülən kişilər isə öz münasibətlərində ədəbsiz olmağa meyillidirlər. Cəmiyyətdə oğlanlar və qızlar analarının ataları tərəfindən ikinci dərəcəli şəxs kimi davranılmasına uyğun xarakter alırlar.
Deyə bilərsiz ki, bu qlobal bir problemdir və bənzəri xüsusiyyətlərə dünyanın hər yerində rast gəlmək mümkündür. Lakin bununla mübarizəyə gəldikdə bu, fərqli məsələdir. Türkiyədə qadınlar kişilərə nisbətən adətən pis təhsil alır. Lakin siyasətçilər davamlı olaraq vurğulayır ki, qadınlarla kişilər bərabər deyil.
Sual: Bu cür tendensiyaya malik olduğunu etiraf edən və yardım istəyən kişi ilə necə davranmaq lazımdır?
Əməllərinin yalnış olduğunu qəbul etməyən və buna görə cavabdehliyi üzərinə götürməyən heç bir kəs dəyişə bilməz. Əgər bir kişi yaxalandığı zaman bunu etmək istəmədiyini bildirirsə, bu onun hərəkətlərində dəyişkliyə gətirib çıxarmaz.
Özündə bu tendensiyaları aşkar edərək yaxalanmadan öncə kömək istəyən kişilərin sayı çox azdır.
Bunun yolu həbsxanada yatdığı ərəfədə cinsi zorakılıq törətmiş kişilərin reabilitasiyasıdır. Türkiyədə bu hal mövcud deyil. Hər bir fərdin reabilitasiya olunmaq haqqı var.
Dünyada cinsi təcavüzkarların müalicəsi üçün müxtəlif reabilitasiya proqramları var. Bu cür proqramların iştirakçıları arasında yenidən təcavüzə cəhd riski, heç bir yardım almayan şəxsələrə nisbətən daha azdır.
Bu reabilitasiya proqramları xüsusilə yeniyetmə təcavüzkarlar üçün faydalıdır.
Mən daha bir məsələyə toxunmaq istərdim. Belə tələblər olur ki, cinsi təcavüzkarlar axtalansın. Ölüm hökmünün yenidən qüvvəyə minməsi də müzakirə edilir. Ölüm hökmü humanist addım deyil. Biz yaxşı bilirik ki, ölüm hökmünün tətbiq edildiyi ABŞ-da cinayət səviyyəsi heç də aşağı deyil.
Bunlar çəkindirici tədbirlər deyil. Biz hər bir sensasiya doğuran zorlama faktının ardından bu ritorikanı eşidirik.
Biz burada qisasdan danışmırıq. Biz cəmiyyətimizin cinsi zorakılıq və zorlama hallarından mümkün qədər çox azad olmasını istəyirik.
Sual: Cinsi təcavüzə məruz qalmış qadın (istənilən yaşda) nə edə bilər – əgər fikrini ifadə etmək cəsarəti nümayiş etdirərsə?
Seksuallığın tabu olduğu və evlilik öncəsi cinsi əlaqənin qadağan edildiyi cəmiyyət və ya mədəniyyətlərdə, cinsi hücum barədə demək olar ki, məlumat yayılmır.
Təcavüzkar bunu yaxşı bilir və qadını ailəsini baş verənlər barədə xəbərdar etməklə hədələyə bilər. Və beləliklə o, bu qeyri-qanuni hərəkətlərinə davam edir. Bu halda kişi hətta qadını dostlarına xəbər verməklə şantaj edərək gələcəkdə də onu cinsi zorakılığa məruz qoya bilər.
Əlbəttə ki, zorlanmış qadın hüquqi yola əl ata bilər – psixoloji və sosial dəstək ala bilər. O, yaxın və güvəndiyi dostlarına danışa bilər.
Cinsi zorakılıqdan sağalmaq və özünə qayıtmağın yolu birmənalı olaraq susmamaqdır.
Cinsi təcavüz fiziki problemlərə, cinsi keçici xəstəliklərə və hamiləliyə yol aça bilər. Buna görə də vacibdir ki, zorlanmış qadın mümkün olduqca tez yoxlanılsın və lazımi tədbirlər görülsün.
Burada qısa və ya uzun müddətli problemlər ortaya çıxa bilər və təcavüzdən sonra müəyyən bir vaxta ehtiyac ola bilər. Çox yaxşı olar ki, cinsi təcavüzdən sonra onlar üçün nəzərdə tutulmuş mərkəzlər olsun və orada gecikdirmədən münasib yardım göstərilsin.
Eyni zamanda yoldaşı cinsi təcavüzə məruz qalmış kişi çətin vaxtlarını yaşaya bilər və onun da psixoloji və sosial dəstək alması mümkün ola bilər. (ailem.az)