yasa

Tısbağa kimi “sürün”, it kimi yat…

Baxış sayı: 1. 626

Çinli kişi 257 il yaşayıb. Döyüş sənəti ustası və uzun ömürlülük haqqında araşdırmalar aparan Li Çinq Yuen haqqında gəzən iddialar “Time” jurnalına da xəbər olub. Linin bu qədər çox yaşamasının səbəbi “it-göyərçin-tısbağa” üçlüyü fəlsəfəsidir.

Onun anadan olması ilə bağlı iki rəqəm səsləndirilir -1736 və 1677-ci illər. Ölüm tarixi isə 1993-cü ildir. Birinci halda çinli 316, ikinci halda isə 257 il yaşayıb. Hər iki hal isə dünyanın ən uzunömürlü insanı deməkdir.

Li anadan olduğu kənddə 71 yaşına kimi yaşayıb və bu müddət ərzində bitkilərin xarakterini, onların sağlamlığa təsirini öyrənib. 1748-ci ildə 71 yaşında olarkən Çin ordusuna döyüş üzrə təlimçi dəvət edilib. Uzun müddət bu işdə çalışıb. Evə qayıdandan bir il sonra isə, yəni, 1993-cü ildə ölüb. Bəziləri onun ölümündən öncə “etməli olduğum hər şeyi etdim. Artıq evə gedirəm” dediyini iddia edir.

Uzun yaşamaq haqqında suallara isə Linin cavabı hər zaman belə olub:

– Bir təmiz qəlbin olsun.

– Bir tısbağa kimi “sürün”.

– Bir göyərçin kimi həyat dolu ol.

– Bir köpək kimi yat.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir