Nermine Abbasova

Nərminə Abbasova: “Qidalanmaya diqqət etməklə də podaqranın qarşısını almaq olar”

Baxış sayı: 634

Podaqra keçmişdə yalnız yüksək təbəqəli insanlarda rast gəlindiyi üçün “Krallar xəstəliyi” adlanırdı. Həddən artıq qida və içki qəbulu bu xəstəliyi yaradır. Qidadan aldığımız purinlər uratlara çevrilrərək oynaqlara toplanır, kristallaşaraq oynaqlarda ağrılı artritə səbəb olur. Tarix boyu ən çox rast gəlinən xastəliklərdən biridir.

Bu xəstəliklə bağlı  oxucularımıza məlumatlandıran Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova xəstəliyin simptomlarından danışıb:

 

 

“Podaqra ağrılı, qızartılı, şişkin oynaqlar ilə xarakterizə olunur. Daha çox ayaq baş barmağında rast gəlinsə də, ayaq əl biləklərində, dirsəklərdə yarana bilər. Ani başlayan ağrılar saatlar, bəzən günlər çəkir. Nadir hallarda ağrı həftələrlə uzanır. Podaqrası olan insanlarda illərlə təkrar tutmalar ola bilər. Podaqra kişilərdə daha çox rast gəlinir. Qadınlarda menopauzadan sonra yarana bilir”.

 

Podaqrada risk faktorlarından bəhs edən N.Abbasova piylənmə, gənc yaşlarda artıq çəki, orta və ya həddan artıq alkoqol qəbulunu misal çəkib. Bildirib ki, bəzi dərman qəbulu və xəstəliklər də oynaqlarda urat toplanmasına səbəb olur:

“Podaqra müalicə edilmədikdə uratlar oynaqlara, bağlara və digər toxumalara zərər verir. Podaqra şikayətləri ilə həkimə müraciət etdikdə oynaqdan aspirasiya olunmuş mayedə uratlar araşdırılaraq diaqnoz qoyulur. Proses lokal anesteziya ilə həyata keçir. Eyni zamanda, uratların qandakı miqdarı da ölçülməlidir”.

Həkim-terapevt bildirdi ki, çoxlu su qəbul edərək podaqrada kəskin ağrılı atakların qarşısını almaq olar. Onun sözlərinə görə, bundan əlavə alkoqollu içki qəbulunu dayandırmaq lazımdır. Çünki alkoqol böyrəklərin funksiyasını pozaraq bədəndə uratların toplanmasına səbəb olur. O, əlavə etdi ki, bundan başqa qidalanmaya diqqət edərək podaqranın qarşısını almaq olar. Dəniz məhsulları və qaraciyər, beyin, böyrək kimi purin ilə zəngin qidalar riski artırır.

Nərminə xanım deyir ki, podaqranın müalicəsi zamanı ağrıkəsici preparatlardan istifadə edilir ki, bunlar da simptomatik müalicədir və problemi həll etmir.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir