Elə yerlər var ki, insanların yaşaması üçün əlverişli mühit yoxdur. Həm təbii həyat, həm də quruluş baxımından insanların yaşaması uyğun deyil. Gəlin bu adalarla birlikdə tanış olaq.
Hovland adası
Amerika Birləşmiş Ştatlarına bağlı olan Hovland adası mərcan adası kimi tanınır və Sakit Okeanın ortasında yerləşir. Xüsusilə uzun illər bəzi yerlərdə dəniz quşlarının cəsədlərinin yığılıb toplanması nəticəsində əmələ gələn, gübrə kimi istifadə edilən azot və fosfatla zəngin bir maddə ehtiyatına malik olan ada illər əvvəl Amerika və ingilis şirkətləri tərəfindən istehlak edilib. Adaya giriş ancaq ABŞ hakimiyyətinin elm və təhsil işçilərinə verdiyi xüsusi icazə ilə mümkündür.
Bouvet adası
Braziliyanın Sao Paolo sahillərində yerləşən adanın sahəsi 110 hektardır. Tamamilə ağaclarla örtülmüş adaya adından da göründüyü kimi ilanlarla dolu olduğu üçün səlahiyyətli şəxslər girişə icazə vermir. Hər kvadrat metrdə 5 ilan olan adada yüz minlərlə Bothrops İnsularis ilanları var. Olduqca zəhərli bu ilan növü ada üçün unikal sayılır.
Ramree adası
Birmada yerləşən və orta hesabla 1350 kvadrat kilometr əraziyə malik Ramri adasında 1945-ci ildə 900 nəfərlik Yapon ordusu məğlub edilib. Deyilənə görə palçıqda ölən əsgərlərin ruhları hələ də bu adadadır. Ada zəhərli milçək, hörümçəklərin və digər ölümcül canlıların yerləri kimi də tanınır və adada bəzi əsgərlərin timsahlar tərəfindən parçalanması əfsanələr arasındadır.
Haşima adası
Haşima adası nəhəng döyüş gəmisinə bənzədilir və adada 1974-cü ildən bu yana yaşayış olmayıb. Adanın hekayəsi isə belədir:
1887-ci ildə adada bir kömür mədəni olub və adaya sürətlə immiqrasiya başlayır. Adanın əhalisi sürətlə artır və zaman keçdikcə adada kinoteatr, xəstəxana və meydança tikilir. Sunaminin təsirinə məruz qalmamaq üçün divarların tikildiyi adada dünyanın ilk dəmir-beton binası tikilib və ada “Dünyanın ən izdihamlı şəhəri” adını alıb. 1974-cü ildə mədən operatoru Mitsubishi adada mədəni bağlamaq qərarına gələrək işsizliyi artırmış və iqtisadi çətinliklərə görə işçilər və onların ailələri qısa müddətdə adayı tərk ediblər.
İsla de Las Munecas adası
İsla de Las Munecas, adası Oyuncaq körpələr adası kimi də tanınır. Adanın hekayəsi isə belədir:
Adada tək yaşayan Don Julian Santana Barrera adlı şəxs su kanalında balaca qızcığazı, az sonra isə bir gəlincik tapır. O, oyuncağı ağaca asmaqla balaca qızı qoruyacağını düşünür. İllər sonra, demək olar ki, adanın hər yerindən oyuncaqların ağaclara asıldığı görünür. Bu kəsik oyuncaqlar sayəsində ada qorxunc bir hal alır.
Hart adası
İngiltərənin Nyu-York şəhərində yerləşən və “Kimsəsiz Cəsəd Adası” kimi tanınan adaya səlahiyyətli şəxslərdən başqa heç kimin getməsinə icazə verilmir. Amerika həbsxanalarındakı sahibsiz məhbusların cəsədləri, küçədə yatan evsizlər, narkomanlar, kasıb ailələrin vəfat etmiş üzvləri, hamısının son dayanacağı bu adadır. Kimsəsiz cəsədlər Hart adasına göndərilir.
Poveglia adası
Poveglia Venesiya ilə Lido arasında 160 min insanın öldüyü kiçik bir adadır. 1576-cı ildə başlayan vəba epidemiyasında ölən insanlar Poveglia adasına aparılmış və çuxurlarda kütləvi şəkildə yandırılıb. Deyilənə görə 1992-ci ildə adada ruhi xəstəxana tikilib və həkimlər xəstələrə işgəncə verərək, onların ölümünə səbəb olub.
Vüsal Cahanov