yemeye ne var

Qozlu kreml salatı – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 552

“Gencaile.az” saytının “Yeməyə nə var? rubrikasında bu gün sizə qozlu kreml salatının hazırlanma qaydasını təqdim edirik.

 

Qozlu kreml salatı üçün lazım olan ərzaqlar

3 ədəd orta ölçülü kartof

3 ədəd kök

3 ədəd yumurta

250300 q kələm

100 q qoz ləpəsi

mayonez

duz

istiot

 

Qozlu kreml salatı üçün lazım olan ərzaqların yığılması

İstifadə edəcəyiniz kartofları yuyub qazana yığın. İstifadə edəcəyiniz yumurtaları yuyub dəsmalın üzərinə yığın. İstifadə edəcəyiniz kələmi təmizlətib bir siniyə yığın. İstifadə edəcəyiniz kökü də yuyub qazaqna yığın. İstifadə edəcəyiniz qozun qabığını təmizləyib bir kasaya yığın. İstifadə edəcəyiniz mayonezi bir kasaya yığın. İstifadə edəcəyiniz duz və istiotu ayrıca kasalara yığın.

 

Qozlu kreml salatı üçün lazım olan ərzaqların hazırlanması

Kreml salatı hazırlamaq üçün kartof və yumurtanı əvvəlcə qaynadın. Kələmi xırda – xırda doğrayıb duzlayın. Suda bişmiş kök, kartof və yumurtanı sürtgəcdən keçirdin. Qozu doğrayın. Bişirdiyiniz yumurtanın aöını və sarısını ayrıca kasalara yığın. Hazırladığınız kökü də suda qaynadın.

 

Qozlu kreml salatının hazırlanması

Kreml salatı tort səklində bu qayda ilə yığın. Əvvəlcə alt təbəqəyə kartof, mayonez, duz, istiot qoyun. İkinci təbəqəyə kök, mayonez, duz, istiot əlavə edin. Üçüncü təbəqəyə yumurtanın sarısı, mayonez, duz, istiot düzün. Dördüncü təbəqəyə kələm, mayonez və istiot əlavə edin. Beşinci təbəqəyə umurtanın ağı, mayonez, duz, istiot əlavə edin. Salatın üzəri üçün qoz ləpəsindən istfadə edin. Ləzzətli salat hazırdır.

 

Qozlu kreml salatının servis edilməsi

Bu salatı bayram günlərində, özəl günlərdə hazırlayaraq istədiyiniz yeməklərlə birkikdə servis edə bilərsiniz.

Nuş Olsun!

 

Təqdim etdi: Aydan Kərimli




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir