Bir çox qadının qarderobunda olan geyimlərdən biri də ağ köynəkdir. Ağ köynəyin hər dövrdə, hər mövsümdə istifadə olunması onu klassiklər arasında yer tutmasına səbəb olub. Bu geyim zamansız və dəbli duruşu ilə daha şıq görünməyinizə kömək edəcək. Əsasən ofis işlərində çalışan xanımlar üçün ideal geyim vasitələrindən biri sayılan bu köynəkləri kombin etmək də çox asandır.
Beləliklə, xarici KİV-ə istinadən ağ köynək üçün bir neçə kombin təkliflərini təqdim edir:
Ağ köynək və cins şort ikilisi heç vaxt dəbdən düşməyən bir kombindir. İstər cins şalvarla, istərsə də cins şortla idman tərzində bir şıqlıq əldə edə bilərsiniz.
Ağ köynəyinizi üst geyim kimi də istifadə etmək olar. İstədiyiniz sadə və nazik “crop”lar və ya “bustiyer” geyinərək köynəyin yaxasını açıq qoyun. Bu kombinlərdə seçəcəyiniz şalvarların uzun bel olmasına diqqət edin.
“Crop” kəsim ağ köynəklər bu mövsüm digər formalı köynəklərə meydan oxuyur. Qarın nahiyəsini açıqda qoyan bu modeli mini ətək və ya şalvarla birlikdə istifadə edə bilərsiniz.
Podiumlarda tez-tez gördüyümüz korsetlər ağ köynəkləri mükəmməl şəkildə tamamlayır. Belə kombinlə belinizin incəliyini daha da ön plana çıxara bilərsiniz.
Son illərdə bir çox geyimlərin “oversize” modelləri ön plana çıxmağa başlayıb. Sizə bir az bol gələn bir köynəyi sadə kofta ilə geyinməklə dəblə ayaqlaşa bilərsiniz.
Siz həmçinin ağ köynəyinizi tamamilə ağ tonlarda olan geyimlərlə də istifadə edə bilərsiniz.
Necə geyinəcəyinizə qərar verə bilmədiyiniz jiletləriniz ağ köynəklərlə mükəmməl bir ikili ola bilər.