kecel

Sizi keçəl edə biləcək 5 səhv

Baxış sayı: 2. 083

Tez keçəlmə və saçların ağarması kişilərin ən böyük problemlərindən biridir. Bəziləri buna görə hətta depressiyaya düşürlər. Lakin heç də hər bir kişi bilmir ki, bunu özü səhvləri ilə tezləşdirə bilər. “İdol.az” saç baxımında buraxdığımız ən kobud səhvləri təqdim edib:

Səhv 1. Saçların ağarması “olan şeydir”

Saçların ağarmasını bir çoxları təbii hadisə hesab edir. Bəli, yaşla saçların köklərindəki piqment dağılır və ağaran saçlarınız bir də öz rənginə qayıtmayacaqdır.

Piqment dayanıqlı olsun deyə rasionunuza В1, В2, В6, РР vitaminləri ilə zəngin məhsulları əlavə etmək lazımdır. Yorğunluqdan və stresdən uzaq gəzməlisiniz, qan azlığı olmamalı, günəş şuaları altında az gəzilməlidir.

Səhv 2. Saçların tökülməsi

Vaxtından əvvəl keçəlmə baş verməsin deyə, orqanizmdə diqidrotestosteronun səviyyəsini diqqət altında saxlamaq lazımdır. Həmçinin ekologiyası pis olan, kimyavi maddələr çox olan yerlərdən uzaq olmaq lazımdır. Keyfiyyətli su içilməli, stresdən uzaq olmalı, baş dərisi daim masaj olunmalıdır ki, qan dövranı daim yaxşı olsun. Bu qaydalara riayət etsəniz yalnız qocalıqda keçəlləşmə ilə üzləşə bilərsiniz.

Səhv 3. Yağlı saçlarla mübarizə

Saçlarımız yağlanan kimi nə edirik? Bəli, dərhal yağlı saçlara qarşı şampun ilə saçlarımızı yuyuruq.

Əslində isə, yağlı saçlar orqanizmin daxili problemidir. Bu hal orqanizmdə sinkin, selenin, yağlı turşuların və B qrup vitaminlərinin çatışmamazlığı nəticəsində baş verir. Həmçinin əgər insan tez-tez tərləyirsə, bu zaman da saçlar tez yağlanır. xüsusi şampunlardan daimi istifadə saç strukturunuzu dəyişir və bu arzuolunmazdır.

Bundan başqa, unutmayın ki, yağ saçlar üçün vacibdir. O, saçları xarici zədələrdən, qurumaqdan qoruyur və elastikliyini saxlayır. Üstəlik bu yağlar antiseptik ilə zəngindirlər ki, onlar baş dərisini infeksiyalardan qoruyur. Üstəlik saçlarınızı tez-tez yusanız, onların tökülməsinə səbəb olacaqsınız.

Səhv 4. Keçəlmə vaxtıdır

Genetik baxımdan kişilərdə saç tökülməsi ana xətti ilə keçir. Bu səbədən genetikaya önəm verirsiniz isə dayılarınıza və ana babanıza baxın. Onların nə vaxt saçlarının döküldüyünü öyrənin və tədbirlərinizi qabaqcadan görün.

Səhv 5. Kəpək ilə səhv mübarizə

Kişilər çiyinlərində kəpək görən kimi dərhal güclü şampunlara, maskalara müraciət edirlər. Bütün bu prosedurlar saç sağlamlığına mənfi təsir göstərir. Beləki, kəpəyin yaranmasına səbəb daxildədir. Ən çox yayılmış səbəblər hormonal pozuntular, bağırsaq problemləri və stres. Yağlı qida, unlu və şirin qidalardan az istifadə etmək lazımdır.

Bir məsləhitimiz də var ki, o da tam yuxu. Belə ki, alimlər sübut edib ki, yatdığımız zaman saçlarımız daha tez uzanır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir