İnsan orqanizmi üçün hər gün 100 qram C vitaminli meyvə-tərəvəz qəbul etmək faydalıdır.
Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova payızda vacib olan C vitamini ilə zəngin qidaları sadalayıb:
“C vitaminli qidalar oynaq problemi və artrit, artrozların qarşısını ala bilər. Tədqiqatlar göstərib ki, C vitamini kollagenin saxlanmasını təmin edir, bu da qığırdaqlar üçün vacibdir. C vitamini defisiti isə iltihabi artritin və oynaqların zədələnməsinə səbəb olur. C vitamini az qəbul edənlərdə artrit riski 3 dəfə yüksəkdir.
Bu 9 qidanın qəbulu C vitamini tələbatını ödəyə bilər. Bunlar bolqar bibəri, portağal, kivi, ananas, kələm, brokkoli, gül kələmi, itburnu, lobya, cəfəridir.
Artıq artriti olan insanlara da xüsusən brokkoli və itburnu faydalıdır.”