rengler

Rənglər hansı mənaları ifadə edir? – “SEANS VAXTI”

Baxış sayı: 902

Qara rəngin mənası

Bir çox insan gündəlik həyatında qara rəngdən çox istifadə edir. Mebel seçimlərində, geyim və aksessuarlarda qara rəngi görə bilərik

Rənglərin mənalarına gəlincə, qara rəngin ümumiyyətlə insanlara, əşyalara və ya ətraf mühitə zadəgən  göstərdiyinə inanılır. Bununla belə, qara rəngin mənası ilə bağlı çoxlu mübahisələr də var. Bəzi insanlar qara rəngin qaranlıq qüvvələri, cinayətləri və pisliyi simvolizə etdiyini düşünürlər. Başqa bir fikir  isə əksinədir; sədaqəti, dözümlülüyü, müdrikliyi və etibarlılığı simvolizə etdiyini  qeyd olunur. Araşdırmalar göstərir ki, qara rəngi sevən insanların çoxu özünə güvənən və qətiyyətlidir. Bu səbəbdən iş görüşmələrinə gedərkən və ya ciddi görünməyin vacib olduğu  mühit üçün qara ən ideal rənglərdən biridir.

 

Ağ rəngin mənası

Ağ çoxları üçün saflığın və məsumluğun rəngidir. Ağ rəng bütün rənglərin müsbət və mənfi cəhətləri üçün balanslaşdırıcı element kimi istifadə olunur. Ağ rəngin məqsədi tarazlığı təmin etməkdir. Saflıq, dürüstlük və ədalət rəmzidir.

Ağ rəng mənəvi saflığı simvollaşdırır. Gəlinliklərin ağ, həkimlərin isə ağ xalatlı olmasının əsas məqsədi budur.

 

Qırmızı rəngin mənası

Qırmızı rəngin mənası; həlledici, iddialı. Eyni zamanda, qırmızı rəng liderlikmənasını daşıyır.

Qırmızı rəngin sıx istifadəsi insanı tez qərarlar verməyə və gözləntilərini artırmağa sövq edir. Dekorasiya və dizayn zamanı qırmızı rəngdən istifadə emosional intensivliyinizi artıracaqdır.

 

Mavi rəngin mənası

Mavi rəng tənhalığı, kədəri, depressiyanı, inamı və müdrikliyi simvollaşdırır. Dekorasiya zamanı mavi çalarlardan istifadə insanın məhsuldarlığını  artırmağa müsbət təsir göstərir.

Bundan əlavə, mavi rəngin yaddaşa da təsiri var.  Qələmlərin daha çox mavi rəngdə olması məlumatın yaddaşda qalıcılığını artırır.

 

Yaşıl rəngin mənası

Yaşıl rəng təbiəti xatırladır. Yaşıl rəng insanlara inam və sülh verir; Həmçinin yaşıl ümidi təmsil edir. Səxavətli olmaq, paylaşmaq  mənaları da var.

 

Sarı rəng

Sarı rəng deyildikdə ilk ağla gələn kainata müsbət enerji verən günəşdir. Sarı rəng insanların  özünə inamda çox təsirlidir. Rənglərin mənaları arasında sarının mənası şövq və xoşbəxtlikdir.  Sarı davamlılığı təmsil edir. Sarı rəngin müsbət tərəfi ilə yanaşı mənfi tərəfi də var. Araşdırmalar nəticəsində sarı rəngə məruz qalan körpələrin daha çox ağladığı müəyyən edilib.

 

Bənövşəyi rəngin mənası

Bənövşəyi daha çox yuxu problemi olan insanlar tərəfindən istifadə edilir. Bunun səbəbi yuxuya səbəb olan təsirə malik olmasıdır.

Bənövşəyi rəng ümumiyyətlə insan psixologiyasına müsbət təsir göstərir. Xüsusilə nəcib ruhların və sənətkarların sevimli rəngi bənövşəyidir.

 

Qəhvəyi rəngin mənası

Qəhvəyi rənglərin mənaları arasında darıxdırıcı və boğucu görünsə də, əslində sürətli olmaq istəyənlər üçün ideal rəngdir. Qəhvəyi rəng təxəyyülə təkan verir. İnsanlara sakitlik və əmin-amanlıq hissi gətirir.

Narıncı rəngin mənası

Narıncı rəng ; Xoşbəxtlik, cəsarət, canlılıq və inamı simvollaşdırır. Ekstrovertlərin sevimli rəngi narıncı, narıncı isə sosiallaşmanı təmsil edən rəngdir.

 

Çəhrayı rəngin mənası

Çəhrayı rəngin mənası canlılıq, şəfqət və sevgidir. Məsələn, bir insanın tez-tez konfet çəhrayı tonlarına üstünlük verməsi onun sevgi ehtiyacı kimi şərh olunur.Çəhrayı rəng insanlara sakitlik və əmin-amanlıq hissi verir.

 

Rənglər, insanların qərarlarına və psixologiyasına birbaşa təsir edir. Qurumlar və şirkətlər müştərilərini aktivləşdirmək və ya mesaj vermək üçün çox vaxt rənglərdən istifadə edirlər.

 

Zümrüd Haqverdiyeva

Special School Məktəb tipli Reabilitasiya Mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir