on vaxtlar daha çox yayılan və dəridəki yağlılığı nizamlayan vasitələrdən biri də karbon pilinq prosedurudur və onu əsasən yağlı dərilərə tətbiq edirlər. Dərinin məsamələrinə yeridilmiş karbon maddəsi lazer işığı vasitəsilə parçalanır və məsamələrin içərisinin daha dərindən təmizlənməsinə şərait yaradır. Karbon pilinqdən əsasən fosfatla ləkələrin müalicəsində istifadə olunur.
Bu barədə məlumat verən kosmetoloq Aynurə Hüseynova aşağıdakıları dedi: “Karbon pilinqi dəri ləkələrini azaldır və dərinin hamar görünüşünü təmin edir. Dərini soyaraq müalicə edən bu tətbiq sızanaq və qara nöqtə kimi dəri problemlərinin həllində bilavasitə rol oynayır. Tətbiqə başlamazdan əvvəl dəri səthinə karbon məhlulu çəkilir. Prosedur zamanı tətbiq olunan lazer yalnız qara karbon məhlulunun rəngini görür. Dəriyə maska kimi çəkilən karbon məhlulu təxminən 15-20 dəqiqə saxlanılır. Prosedur 1-2 həftə ara verməklə tətbiq edilir və ümumilikdə 4-5 seansdan ibarət olur”.
Karbon pilinqin quru dərilərə istifadə olunmasını məsləhət görməyən kosmetoloq deyib: “Hamiləlik və laktasiya dövründə, dəridə açıq yaralar olduqda onu tətbiq etmək olmaz. Dəridə aktiv irinli proses varsa, onun daha da yayılmasına səbəb ola bildiyinə görə istifadə edilməsi məsləhət deyil.
Bir çox kosmetik prosedurlar kimi karbon pilinqinin də təsiri müvəqqətidir. Qulluq edilmədikdə dəridəki yağ nisbətinin artması ilə məsamələr yenidən genişlənə bilər. Ona görə də dəriyə daimi qulluq lazımdır”.