Nermine Abbasova

Nərminə Abbasova: “Behçetin müalicə üsulları ən müasir yollarla aparılır”

Baxış sayı: 545

Behçet xəstəliyi sadəcə bir dəri xəstəliyi deyil. O bir sistem problemidir, daxili orqanları da zamanla yoluxdura bilir. Behçetin əlamətləri nələrdir?

Mövzuyla bağlı Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi,həkim-terapevt, ailə həkimi Nərminə Abbasova məlumat verdi. Həkim öncə onu qeyd etdi ki, MayoMed Klinikasında bu xəstəliyin uzmanları sayılan mütəxəsislər var.

Həkim terapevt bildirdi ki, Behçetin klinik əlamətləri əsasən ağızda yaralar ilə cinsi yaralar hesab edilir. Bundan başqa dəridə sızanaq şəklində özünü göstərən follikulitlər də Behçetin əlaməti ola bilir. Həkimin sözlərinə görə, aşağı ətraflarda ağrılı qızartılar ilə şişkinlik Behçet xəstələrində tez-tez rast gəlinən digər dəri əlamətləridir:

“Behçet xəstəliyi zamanı ağız boşluğunda ağrılı xoralar yaranır. Bu xoraların elmi adı “aft” olaraq keçir. “Aft” adlanan bu ağız xoralarının kənarları qırmızı ortası ağ rəngli olur. “Aft”a bağlı yaranan ağız xoraları isə öz növbəsində oral aftoz stomatit, yaxud sadəcə aftoz stomatit problemini yaradır. Aftoz stomatitə bağlı ağızda ağrılı yaralar qidalanma problemləri yaradaraq həyat keyfiyyətini aşağı salır”.

Nərminə xanımın sözlərinə görə, oral aftoz stomatit ilə əlaqəli yaranan ağız yaraları əsasən dilin üstündə, dodaqların selikli qişasında, dilin altında, sərt damaqda, dilin kənarlarında özünü göstərir. Əksərən 1-2 ədəd mərcimək böyüklüyündə kənarları qırmızı ortası ağ rəngli açıq yaralar şəklində yaranır. Daha ağır formada isə bu yaralar birləşərək daha böyük ölçülü yaralara səbəb olur:

“Onu da deyim ki, ağız boşluğunda yaralar sadəcə Behçet sindromunda yaranmır. Aftoz stomatit problemini yaradan başqa endogen və ekzogen səbəblər də vardır. Bəzi dəri xəstəlikləri var ki, ağızda aftoz olmayan yaralara səbəb olur. Ümumiyyətlə ağızda yara verən 1001 dəri xəstəliyi mövcuddur. Ağız boşluğunun onkoloji xəstəlikləri, avtoimmun bulyoz xəstəlikləri, infeksioz xəstəliklər ağız yaralarının səbəbi ola bilər. Ona görə Behçet sindromu diaqnozu qoyularkən başqa əlamətlər də nəzərə alınır. Dermatoloq tərəfindən əlavə analizlərə və müayinələrə ehtiyac duyulur. Xəstə hərtərəfli müayinə edilir. Ətraflı anamnez toplanır.

 

Bu xəstəliklə üzləşən hər kəsi bir sual maraqlandırır – behçet xəstəliyi irsi yolla ötürülə bilərmi? Nərminə xanım deyir ki, behçet sindromu ilə əlaqəli ağızda aft problemi irsi yolla ailə fərdlərinə ötürülə bilər:

“Valideynlərdə oral aftoz stomatit problemi olarsa, övladlarda da eyni problem yarana bilər. Təkrarlayan aftoz stomatit Behçet xəstəliyi zamanı ən sıx rast gəlinən əlamətdirLakin həm kişilərdə, həm də qadınlarda ağrılı cinsi yaralar da teztez rast gəlinirBehçet sindormu zamanı genital bölgənin yarası dərin və ağrılı olur. Kişilərdə xayada, aralıqda, qasıqda 1-2 ədəd yara şəklində özünü göstərir. Qadınlarda isə qasıqda, böyük və kiçik dodaqlarda o cümlədən vaginal girişin ətrafında da yarana bilir. Şiddətli ağrıdan dolayı həyat keyfiyyətini aşağı salır və xəstələri ən qısa zamanda dəri həkiminə götürür. Qeyd edim ki, behçetə bağlı qasıqda yara cinsi yolla keçən zöhrəvi xəstəlik sayılmadığı üçün yolxucu deyil, qarşı tərəfə ötürülməz. Ümumiyyətlə Behçet sindromu həm dərinin, həm də ağız boşluğunun non-infeksioz, yolxucu olmayan xəstəliyidir”.

Behçet sindromunun bir sistemik vaskulit xəstəliyi olduğunu vurğulayan Nərminə xanım bildirdi ki, xəstəlik təkrarlayan oral aftlar ilə başlasa da, zamanında düzgün diaqnoz və mülicələrə başlanılma daxili orqanların iri damarlarının iltihabına, trombozuna səbəb ola bilir:

“Bu isə öz növbəsində xəstə üçün əlavə həyati təhülükə yaradır. Gözün uvea təbəqəsinin iltihabı nəticəsində Behçet xəstələrində uveit də yarana bilər. Bu zaman gözdə hiperemiya və qanlanma görəsnir. Bəzi Behçet xəstələrində ağız yaraları çıxarkən halsızlıq, əzələ ağrısı, oynaq ağrıları hətta qızdırma da yarana bilər. Dəri daxili orqanların aynasıdır prinsipi ilə yanaşdıqda, təkrarlayan cinsi yaralar və oral aftlar iç orqanların, o cümlədən mərkəzi sinir sistemi, mədəbağırsaq sistemi, ağ ciyərlər, oynaqlar, iri damarlar, gözlərdə və sair orqanlarda ciddi patologiyaların yarana biləcəyinin xəbərçisi hesab edilir. Ona görə təkrarlayan ağız yaraları olan insanlar zamanında dermatoloq müayinəsinə gəlməli, diaqnozu dəqiqləşdirilməlidir

Nərminə xanım bildirdi ki, behçetin müalicəsi və profilaktikası erkən başlanılmalıdır. Onun sözlərinə görə, ağız yaralarının müalicəsi erkən başlanıldığı təqdirdə xəstəliyin dərinləşərək daxili orqanlara sirayət etməsi də durdurula bilər:

“Xəstələr ümidsiz olmamalıdırlar. Behçetin müalicə üsulları ən müasir yollarla aparılır. Xəstəliyin inkişafını ləngitmək olur. Xəstələri tam normal həyata qaytarm mümkündür. Ağız yaralarından qurtulmaq mümkündür.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir