polad hesimov 1

Tanınsın Poladımız

Baxış sayı: 1. 462

Azərbaycanın Milli Qəhrəmanı

Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub, sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüblər. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirərək, peşəkar hərbçi olub.

Polad Hesimov

General-mayor Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan Silahlı Qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub.

«Vətənə xidmətə görə» ordeni«Vətən uğrunda» medalı«Hərbi xidmətlərə görə» medalı«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi» yubiley medalı«Qüsursuz xidmətə görə» medalı (I dərəcə)«Qüsursuz xidmətə görə» medalı (II dərəcə)«Qüsursuz xidmətə görə» medalı (III dərəcə)«Azərbaycan Ordusunun 100 illiyi» yubiley medalı«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (I dərəcə)«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (II dərəcə)«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi» yubiley medalı

fd48d396-35ba-421b-92aa-51a4cf79e316

Noyabr ayının sonları idi. Anam Sevda İbrahimli ,və qaynanam Sevil xanımlaSəmayə anamızı görməyə getdik.Generalımız haqqında ətraflı danışdıq.Polad bizim generalımız, anası isə bizim anamızdır deyərək söhbəti daha da dərinləşdirdik. O evdə bir doğmalıq hiss etdik.Anam  yenicə nəşrdən çıxartdığı “ Vətənə Sevdalılar” kitabını hədiyyə etdi.Qaynanam isə Polad oğlu üçün Quran oxudu.Ətrafımızda generalımıza həsr olunan o qədər gözəl əl işləri, hədiyyələr var idi ki, göz oxşayırdı.Əlbəttə ki, bunların  heç biri Generalımızın bir canlı baxışının yerini verməzdi.Amma əldən nə gəlir deyərək anamızdan icazə aldıq, şəkilləri paylaşdıq.

Onlayn təhsil kursunun rəhbəri olduğmdan kantaktımda çox insanlar var.Bu şəkillərə verilən reaksiyalar generalımızın çox sevildiyini və bu xalq sevgisini daima var etmək və gələcək nəsillərə ötürmək üçün daha da vacib işlər görmək lazım olduğunu bir daha xatırlatdı. “Polad Haşımov üçün” adlı   müsabiqə təşkil etdik.Əlimizdən gələnin ən yaxşısını etməyə çalışdıq.Poladımız haqqında rəsmlər çəkildi, məqalələr, hekayələr, şeirlər yazıldı, şeirlər deyildi  ,videolar hazırlandı, rəsmlər çəkildi və.s. Mən bu məqalədə hazırlanan işləri təqdim edəcəm.Ümid varam ki, Poladımız üçün tər tökən hər bir iş  dəyərləndiriləcək.

c

İndi sizə özünü Polad Haşımovun davamçısı adlandıran Malik Cəbiyevin dediklərini təqdim edirəm(19 yanvar 1981-ci il, Culfa rayonun Bənəniyar kəndi — Azərbaycan respublikasının  Silahlı Qüvvələrinin baş giziri xüsusi təyinatlı  , Vətən müharibəsi iştirakçısıdır.)

 https://youtu.be/Yv7gcUB2iXY

Kəlbəcərə gedən zaman  Polad Həşımovun çəkdirdiyi yolları çox yaxşı tanıdığı üçün həm də bir bələdçi kimi öndə gedirdi. Tez-tez vurğulayırdı “rəhmətlik Generalımız Polad Haşımov bilirdi ki, bu yollar bizə lazım olacaq çəkdirirdi. Allah ona rəhmət eləsin”. Bu video yazı tarixdə qaldı və Cəbiyev öz sözləri ilə  bir daha Generalının nə qədər uzaqgörən olduğunu sübut etdi. Malik General Polad Həşimov-un əllərindən, Fəxri fərman alaraq Onun döyüş yolunu layiqincə davam etdirir. Necə ki, Generalımız öz çəkmələrini əsgərinə hədiyyə etmişdir. Eləcə də əsgəri ac qalmasın deyə öz yeməyini dəfələrlə əsgərlərinə paylayir. O Deyir ki, mən yaşlıyam, təcrübəliyəm, dözə bilərəm amma əsgərlərim ac qalmasın.Çünki o generalından səxavətli olmağı öyrənib.

Sevda İbrahimli İbrahim qızı.1965  – ci il oktyabr ayının 13-də Naxçıvan şəhər Culfa rayonu Bənəniyar kəndində anadan olub. 1984-cü ildə, Bənəniyar kənd orta məktəbini bitirmişdir.

İlk dəfə, “Arazın Səsi” qəzetində çap olunmuşdur.İlk kitabı “Orda  mən varam ” 2019-cu ildə Bakıda nəşr olunmuşdur.”Ədalət Yolu”, “Haqqın Səsi”, “Azərbaycan” ,Tarixin Səhifələri”, “Oxu məni”, “Xalqa bağışlanan ömür” qəzetlərində, “Yurd” və “Kəpənək” jurnallarında, “Nəsimi-650″ Almanaxinda”,”Nənəmin söz boxçası”,”Zirvəyə doğru”,”Sevirəm Sevmişəm Sevəcəyəm”,”Vətənim mənim”,”Zirvə”,”İlham Çeşməsi”,   ” Müəllif “adlı poeziya antalogiyalarinda şeirləri və bir sıra məqalələri nəşr olunmuşdur.

ilk  gündən bu günə  kimi bir çox mükafatlara layiq görülmüş,   ” Qızıl Qələm” , “Azərbaycan Bayrağı”  ,”HEYDƏR ƏLİYEV” fəxri diplomu , “Nəsimi Poeziyası” ,”İlin Vətənpər Şairəsi” adına layiq görülmüşdür.

Şairə Sevda İbrahimli generalımızın şəklini kitabının üz qabığına vurmaqla Generalımızı yaşadır.

1

Dəmir  Bilək

Günəş batdı, şimşək ,çaxdı,

Göy üzündən ulduz axdı.

Düşmən səni hədəf aldı,

Qəhraman, mübariz Polad

///

Düşmənlərə sirr vermədin,

Xəyanəti  heç sevmədin,

Sən birinci öndə getdin.

Qəhraman, mübariz Polad

///

Fəxrimizsən, mərd el oğlu.

Tutduğun yol haqqın yolu

Əsgərinin,vuran qolu.

Qəhraman, mübariz Polad.

///

Yol alıbdır sənə doğru

Vətənimin hər bir oğlu.

Təşəkkür var sənə çoxlu

Qəhraman mübariz Polad.

///

Sən vətənə oğul oldun,

Düşmənləri lap mat qoydun

Qarabağda günəş  oldun.

Qəhraman mübariz Polat.

////

Azad oldu torpağımız

Yüksəklikdə bayrağımız

Dəmir bilək Poladımız,

Qəhraman mübariz Polad.

04.03 2021

f

Bakı Slavyan Universiteti Məktəb Litsey kompleksi 6a sinif şagirdi Qurbanzadə Fatimə Elvin qızı.

Fatimənin kiçik ürəyində böyük polad sevgisi yatır.

 

General adına laiq bir insan

Polad tək əyilməz dik duruşuyla.

Həşimov soyadlı qəhrəmanımız

Həmişə sayılıb seçiləcəkdir.

 

Səngərdə gecələr yuxusuz qalan

Döyüşüb şücaət göstərmiş ərən.

Erməni qanını axıdıb bir gün

Düşündü tarixi yazmaq vaxtıdır.

 

Tarixi titrətdi döyüşü ilə

Tarixi titrətdi ölümü ilə.

Əsası odur ki,xalqın sevgisi

Gələcək nəsilə aşılanacaq.

 

Erməni qanını içməyə hazır

Erməni başını əzməyə hazır.

Neçə oğullar vardır ki,indi

General yolunu getməyə hazır.

 

Səma Muğanna  2006-cı il martın 2-də Bakıda ziyalı ailəsində dünyaya gəlib. Babası “İstiqlal” ordenli Xalq yazıçısı İsa Muğanna kiçik yaşlarından Səmanın tərbiyəsi ilə məşğul olmuş, onda ədəbiyyata maraq oyatmışdır. Hal-hazırda Səma  189-190 saylı orta məktəbin 11-ci sinfində təhsil alır, Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, 3 kitab müəllifidir, “Yazarlar” jurnalının redaksiya heyətinin üzvüdür, “Ulduz” jurnalında, “Ədəbiyyat və “Kırımın səsi” qəzetlərində, eyni zamanda Türkiyənin  müxtəlif saytları və dərgilərində əsərləri işıq üzü görmüşdür. “Güfte” edebiyat dergisinin editörüdür.Müxtəlif hekayə müsabiqələrinin qalibidir. “Ziyadar” Mükafatı laureatıdır.

                                                 

Keçmişin qatarı

Milli qəhrəman Polad Həşimovun əziz xatirəsinə ithaf olunur!

Qaranlıqda doğulan Günəş səssizcə ağlayırdı. Qəribədir ki, isti yanan ocaq Günəşin saçlarını yandırmırdı. Bu ocağın istisi ətrafa yayılsa da, o, göz yaşlarıyla bu yanğını söndürürdü. Göy üzünün ən uzun yolunda addımlayan Günəşin artıq dəli dekabrın üsyanının iyul ayında gələcəyini bilirdi.

“İyulda tənha qalan göyərçinlər qaçmaq istəsə də, bu soyuq küçələrdə yadlaşan insanlar onlara izn vermir”

14 iyul 2020-ci il…

Firəngiz isti çayını dəmlədikdən sonra masa arxasına keçdi. Sanki Firəngiz xatirələrini də dəmləyib ocağın başında yavaş-yavaş soyudurdu. Hava soyuq deyildi, ancaq nədənsə, iyul qaçıb dekabra şikayətlənirdi. Firəngiz pəncərəni açıq qoyduğu üçün qarışıq saçları rüzgarla savaşırdı. O, saçlarını barmaqlarının arasına alıb xəfifcə sığalladı, sonra aynanın qarşısına keçib dağınıq saçlarına, simasında qurumayan göz yaşlarına diqqətlə baxdı. Dodaqaltı aynaya pıçıldayırmış kimi: – “Polad, qatar gecikərsə, mənim də ömrümdən bir parça bu isti görünən soyuq Günəşə təslim olacaq”-dedi…

Müharibə başlasa da, hələ Bakının bu yad küçələrinə gəlib çıxmamışdı. İnsanlar çiyinlərindəki yüklərini elə bil küçələrə atıb qaçmışdılar. Firəngiz ətrafa göz gəzdirdiyində bu palçıqlı, yalın ayaq izlərini gördükcə insanlara daha da nifrət edirdi. Bilirsiniz niyə? Çünki insanlar məhz bu soyuq dekabrla isti iyulun savaş açdığı gün qaçmışdılar…

İnsan kədərini 3 nağıla sığdırar:

Birinci nağıl: “Biri var idi, biri yox idi”   sözlərlə başlayan

İkinci nağıl: “Çay kimi dəmlənən isti xatirələr” (bəzən bu xatirələrin yanğısı daha acıqlı, daha ağrılı olar)

Nəhayət, üçüncü nağıl isə “keçmişin qatarına addımlayıb heç geri dönməyən o Polad”

Bu sadaladığım hər nağıl başlığı, əslində, Firəngizin yalanlarla dolu keçmişində gizlətdiyi hadisələrdir. Bəlkə də Firəngiz üçüncü nağılı çiyinlərinə alıb qaçır. Axı nə bilmək olar?

Firəngiz aynanın qarşısında xeyli müddət özünə baxdıqdan sonra ocağın başına keçib soyuq əllərini isitməyə çalışdı. Əllərini nə qədər isitsə də, Poladın soyuq gedişi onun canında qorxularını birəbir çoxaltmışdı. Dodaqaltı pıçıldadı: “İndi bu soyuq əllərim də bədənimdə tənhalaşıb küçələrə qaçır”  Görün, mən nə bədbəxtəm!- deyib hönkürtü çəkdi…

Bu an telefonuna zəng gəldi. Zəngin kimdən gəldiyi bəlli deyildi. Telefonun ekranına “naməlum şəxs” yazılmışdı. Bir neçə dəfə zəng çalsa da, Firəngiz açmağa tərəddüd etdi. Sonra xeyli düşündü və zəngə cavab vermək üçün təkrar zəng etdi, ancaq bu dəfə də naməlum şəxs telefonu açmadı. Bir, iki dəqiqə keçdikdən sonra telefonuna mesaj gəldi:

-Sabah səhər 06:30- da qatarda məni gözlə. İndi sənin evinə bilet gələcək. Onu al və sabaha kimi məni gözlə.

Bu soyuq, dəhşətli, bir o qədər rütubətli iyul gecəsində telefonuna gələn mesaj Firəngizi çox narahat etmişdi. Səssizcə yanaqlarında axan göz yaşları da yanaqlarında qurumuşdu. Pəncərənin önünə keçib bu naməlum şəxsin yazdığı mesajı dəfələrlə oxudu və əlinə bir kağız, bir qələm alıb yazmağa başladı:

12.07.2020.

Sabah 12 iyul təqvimlərdə yazılacaq. Kimi üçün bəlkə də önəmli tarix olmasa da, mənim üçün yeni başlanğıc, yaxud son ola bilər. Siz bilirsiniz hər insanın ömründən qopub düşən  tarixlər onun evinin divarlarındaca asılır? Biz bir intiharı qəbul etmirik, ancaq tarixlər intiharı qəbul edir və düşünün, necə də bənzəyir! Bilirsiniz niyə? Çünki onlar bizi kimi deyil! Biz qorxaq, acizik! İndi sizə sual verirəm, sizcə, bu qaranlıq otağın dörd küncündən neçə tarix intihar edib? Bu tarixlərin intiharının rəngləri nə siyah, nə də bəyazdır. Onlar göyüzütək əlvan mavi rəngdədirlər. Səmanın rəngi kimi. Bir gün tarixlərə toxuna bilsəm, demək Polad gəlmişdir. Bəlkə də o zaman xoşbəxt olaram…

Firəngiz məktubu yazdıqdan sonra qatlayıb masanın üzərinə qoydu. Yatağına uzanıb dərin yuxuya daldı. Bir neçə saatdan sonra oyandığında saat 04:45 göstərirdi. Telefonunu əlinə alıb mesaj gəlib-gəlmədiyinə baxdı. Hələ də mesaj yox idi. Səbirsizlənib tələsik evdən çıxdı. Hara getdiyini belə bilmədən ayaq izləri Firəngizi solğun, dumanlı küçələrə aparırdı. Milyonlarca insanın içində tənha olduğunu hiss etsə də,əslində, tənha deyildi. Bəs məktub? Məktub harada qaldı? Qəfildən xatırladı ki, məktub evdə qalıb. Evə qayıtmağa çalışsa da, artıq yolunu itirmişdi. Bu dəfə gözlərindəki yaşı quruyan Firəngizin artıq dodaqlarındakı sözlər də quruyub məhv olmuşdu. Bu səssiz-səmirsiz küçələrdə dolaşan yabancı qız hara gedirdi? Poladın həsrətlə yolunu gözləsə də, axı bu yol onu hara aparırdı?

Artıq gənc qadının birinci nağılı başlamışdı, amma özünün belə xəbəri olmadan qəlbinin dərinliklərində heç böyütmədiyi, ağrı-acını sinəsində dağ edən bu qadın Polad üçün çırpınırdı.

İndi Firəngiz dəmlənən isti  xatirələrini bu qızmar günəşin altında yanan İyula göstərməyə çalışırdı, amma bütün xatirələr soyuq qarın altında üşüyürdü. Necə ki, Firəngiz Poladsız üşüyürdüsə də…

Yolunu itirən bu qadın xatirələrini də soyudan bu qarla, çovğunla, bir o qədər qəddar, qızmar Günəşlə savaşırdı, amma taqəti qalmamışdı. İndi o, “keçmişin qatarına” doğru addımlayan ayaqlarıyla naməlum şəxsi tapmağa çalışırdı. Bəlkə də bu Polad idi, ya da Poladın onu gəlib görməsi üçün göndərilən bir mesaj…

-Firəngiz, sən “keçmişin qatarını”  gözləyirsən. Heç 2-ci Firəngizə sual vermisənn ki, axı o hardadır?

Arxadan səs eşidildikdə Firəngiz çevrilib ətrafına baxdı. Heç kəs yox idi. Qorxuyla pıçıldayıb:

-Siz kimsiniz?

-Sən məni heç vaxt görə bilməyəcəksən, əziz Firəngizim…

-Axı niyə? Siz kimsiniz?  Cavab verin!

-Təlaşlanma, göy üzünə bax…

-Niyə? Siz mənimlə oyun oynayırsınız?

-Sual vermə, sadəcə göy üzünə bax…

Firəngiz bu vəziyyətdən həyəcanlansa da, özünü toparlayıb başını göyə qaldırdı. Bir gənc simalı oğlan ona gülümsəyirdi. Yanında da eynilə Firəngizə bənzəyən bir qız vardı..

34

 

-Axı… Axı bu?

Naməlum şəxs qaranlıq bulud kimi sakitcə Firəngizin yanında dayanıb danışırmış. Dedi:

-Bəli, əziz  Firəngiz, 14 iyul 2020-ci il Polad səni burada qarşılayacaqdı. Ancaq görürsən ki, qatarın səsi duyulmadı, çünki sən “keçmişindən qaçıb heç vaxt indiyə gələ bilməyəcəkdin” Polad səni göy üzündən qarşıladı…

İndi “keçmişin qatarı”  Polad və Firəngizi göylərdə qarşılamışdı…

 

Öz rəsm əsəriləri ilə müsabiqəmizə qoşulan növbəti iştirakçı Əliyeva İlahə Əşrəf qızıdır.İnşaat kollecinin 1 ci kurs tələbəsidir

 

Lerik rayonu Eldar Şaliyev adına orta mәktәbin 8 ci sinif şagirdi Hadızadə Abbas

44 Günlük Vәtәn savaşı

Qarabağın köksünә nurlar saçdı.

İgid әsgәr zәfәrlә qayıtdı.

Qalib millәtim,Qarabağ qayıtdı.

 

Әsgәr güllәsini atmadı boşa

Düşmәn leşlәri düzüldü qoşa

Döyüşdә әsgәr alsada yara

Qoymadı düşmәn vәtәndә qala.

 

Sәnin adın tarixә yazıldı.

İgid Cәbrayıl qisasını aldı.

Düşmәnin içinә qorxunu saldı.

Şәhid Polad Hәşimov

Müәlif:Hadızadә Abbas

 

E.A.Şaliyev adına Bobla kәnd ümumi orta mәktәbi8 ci sinif şagirdi Rәhimә Quliyeva.

İgid Poladlar

İgid Poladlar yetişir,

Can verib can almağa!

Neçә igidlәr oldu qurban vәtәnә

Özlәridә qovuşdu şәhadәtә

Qanlı aprel ayları

Çox ailәni ağlatdı

Gözlәyirdi Poladını

Bu gözü yaşlı ana!

Polad kimilәrini şәhadәt apardı

Analarını dәrd apardı.

1

pp

 

Tural Səlimzadə Qələndər oğlu.

Tural Səlimzadə yaratdığı əsərlərlə Şəhidlərimizi yaşatdığı kimi özü də bir sənətkar kimi yaşayacaq.Turalın əslən Kəlbəcərli olmsının əsərlərinə güclü təsiri vardır. Turalı öz dilindən tanıyaq:

3

4

1995ci ildə  anadan olmuşam əslən kəlbəcərli olsamda Göygöl rayonunda məskunlaşmışam .

generalimizin rəsmin çəkmişəm.Daha sonra general polad Həşimovun baralyefin hazirlayib anası Səmayə anaya təqdim etdim.

https://youtube.com/@RessamSelimzade

Ogün bugün işimi, sənətimi şəhidlərimizə həsr etmişəm ve davam edirəm gelen heç bir şəhid rəsm sifarişinəimtina etmirəm istənilən şəhər rayona gedirəm.

 

Türkan Bəşirli Vahid qızı 09.09.2006.

Xətai rayon 269 saylı tam orta məktəbin 4cü sinif şagirdi Səfərəlizadə Rəvan

sekil

ekil

Əzizə Ağahüseynqızı “Şəhidim”

https://youtube.com/shorts/tfDcfEY4S3A?feature=share

Aysun Nurəddin qızı Nuriyeva 

Gəncə Şəhəri 42 nömürəli tam orta məkdəb

11 -ci sinif  şagirdi

hesimov polad

Rəhimova Xəyalə Səbuhi qızı. Gəncə şəhəri, müəllimə. 29.12.1992-ci il.Yoldaşım 2-ci Qarabağ müharibəsində könüllü olaraq iştirak edib.Müharibə veteranıdır.
Müsabiqədə yer tutmaq üçün yox,ürəyimdən gəldi,özümə borc bildim şəhidimiz haqqında məqalə yazmağı.

Vətənimin vüqarlı,vətənpərvər,igid,cəsur,mərd oğlu general-mayor şəhid Polad Həşimov haqqında yazmaq çox qürurvericidir.Xalqımızın vətənpərvər oğulları Vətənimizi darda qoymayıb,düşmənə qarşı son damla qanlarına qədər vuruşaraq,ölkəmizin müstəqilliyi və azadlığı uğrunda şəhidlik zirvəsinə ucalıblar.Polad Həşimov da  o qəhrəmanlardandır ki,onun keçdiyi şərəfli döyüş yolu hamımız üçün örnək oldu.Onun ruhu bizi böyük qələbəyə,torpaqlarımızı azad etməyə,şəhidlərimizin qisasını almağa səslədi.                                                    Hərbi əməliyyatlarda iştirak edərək mərdlik və şücaət göstərmiş,vəzifə borcunu ləyaqətlə və vicdanla,döyüş tapşırıqlarını uğurla yerinə yetirmişdir.Erməni işğalçılarına qarşı döyüşlərdə qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə yüksələn Polad Həşimov qanı ilə tarix yazdı.Canını vətənə sipər edərək bayrağımızı zirvələrdə görmək istəyən Polad Həşimov bizə zəfəri yaşadanlardan oldu.Ürəyi vətən eşqi ilə döyünən,qələbəyə doğru inamla irəliləyən qəhrəman,qorxmaz,fədakar  vətən oğlu əsl insanlıq nümunəsi idi.O, bu şərəfli zirvəyə güclü iradəsi,xarakteri ilə yüksəlib. Tovuz döyüşləri Vətən müharibəsinin başlanğıcı oldu.Vətən müharibəmiz şanlı qələbə ilə tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu.Bu möhtəşəm qələbəni,sevinci,Ali Baş Komandanın qətiyyəti,siyasi iradəsi,müzəffər ordumuzun şücaəti,qəhrəmanlığı,igidlərimizin canı,müqəddəs ölməz şəhidlərimizin qanı,xalqımızın birliyi hesabına qazandıq.                                        Şəhidlik zirvəsinə ucalan ölməz oğullarımız hər zaman sevgi və hörmətlə xatırlanacaq,yad ediləcək,müqəddəs xatirələri qəlbimizdə əbədi yaşayacaq…

elmira

Elmira Sayyad Quliyeva

293-cü saylı məktəbin 7-ci sinif şagirdi

polad general

“Polad Haşımov üçün” adlı müsabiqədə fərqli yaş səviyyələrini və fərqli mövzularla qatılanları nəzərə alaraq hər bir iştirakçıya uğurlar arzulayır və onlara müsabiqədə iştirak etdiklərinə görə TelanGroupMMC tərəfindən  sertifikat təqdim edirik.

 

TelanGroupMMC nin direktoru Gülnarə Cəbiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir