Çünki yaş artdıqca bədənin ehtiyacları da artır. Məşhur, türkiyəli diyetoloq Nilay Keçəci 35 yaşı keçmiş qadınların mütləq yeməli olduqları faydalı qidaların adlarını açıqlayıb. Həmin qidaları təqdim edirik:
Brokkoli
Xüsusən, dəri sağlamlığı üçün vacib olan brokkoli antioksidant xüsusiyyəti ilə dəri hüceyrələrinin yenilənməsini dəstəkləyir.
Yaşlanmanın qarşısını alır. Dəriyə elastiklik bəxş edir. Dəri xərçəngi və sızanaqlara qarşı təsirlidir. Brokkoli, həmçinin, mədə və bağırsaq sisteminin yaxşı işləməsinə kömək edir.
Kök
A vitamini baxımından zəngin olan kök sinir sistemini və gözləri qoruyur. Dəri gözəlliyi üçün də effektlidir. Dəriyə parlaqlıq və nəm qazandırır.
Kök həm də qəbizliyin qarşısını alır. Ürəyin dostu olan bu tərəvəz iltihablara qarşı da təsirlidir.
Kivi
Kivi “xoşbəxtlik hormonu” adlandırılan seratoninin daha çox ifraz edilməsinə səbəb olur. Üstəlik, dərini gözəlləşdirir və qidalandırır. Xolesterini və təzyiqi aşağı salmağa kömək edir. C vitamini baxımından zəngin olan bu meyvə hüceyrələrin daha sürətli şəkildə yenilənməsini təmin edir.
Az yağlı süd və portağal suyu
Qadınlar mütləq orqanizmin gündəlik D vitamini ehtiyacını ödəməlidir. Çünki D vitamini kalsiumun bağırsaqlarda əmilməsini sürətləndirir. Orqanizmdə D vitamini çatışmadıqda, kalsium orqanizmdə çətin həll olunur və bu da sümüklərin zəifləməsinə səbəb olur. Həmçinin, osteoporoz, şəkər xəstəliyi, döş, bağırsaq və yumurtalıq xərçəngi riski artır. Odur ki, hər gün süd və portağal suyu içərək kalsium və D vitamini ehtiyacınızı ödəyə bilərsiniz.
Çiyələk və böyürtkən
Çiyələk, böyürtkən, zoğal kimi meyvələr, eynilə qırmızı şərab kimi xərçəngdən qoruyucu xüsusiyyətə malikdirlər. Bu qidalar “antokyan” adlanan maddə ehtiva edirlər. Antokyan döş, mədə və bağırsaq xərçəngi riskini azaldan ən güclü antioksidantdır. Eyni zamanda C vitamini baxımından da zəngin olan bu meyvələr dərinin yaşlılığa qarşı qorunmasına da yaxşı təsir edirlər.
Lobya
Qadınlar həftədə ən az üç-dörd dəfə lobya yeməlidirlər. Lobya protein və lif mənbəyidir. İnfarkt və döş xərçəngi riskini azaldır. Həmçinin, qadınlıq hormonlarının tənzimlənməsinə kömək edir.
Pomidor
35 yaşdan sonra qadınlar mütləq pomidor, qarpız kimi likopen anbarı olan qidaları həftədə 3-4 dəfə yeməlidirlər. Güclü bir antioksidant olan likopen qadınlarda döş xərçəngi riskini azaldır.
Az yağlı qatıq
Həftənin 5 günü qatıq yeyən qadınların döş xərçənginə yaxalanmaq ehtimalları yarıbayarı azalır. Mütəxəssislər qatığın tərkibində olan faydalı bakteriyaların insan sağlamlığı üçün çox önəmli olduğunu vurğulayırlar. Qatıq bağırsaqların fəaliyyətinə yaxşı təsir edir və həzmi asanlaşdırır. Həmçinin vagina infeksiyalarına qarşı qadının orqanizmini gücləndirir.
Yağlı balıqlar
Yağlı balıq növlərini həftədə 3 dəfə süfrəyə gətirmək lazımdır. Balığın tərkibindəki Omeqa-3 yağ turşuları insan sağlamlığı üçün möcüzəvi təsirlərə malikdir. Yağlı balıqlar hüceyrələri gücləndirir, ürək xəstəliklərinə, depressiyaya yaxalanma riskini azaldır.
Ləman Sultan