zob

Qalxanabənzər vəzin düyünləri – panikaya səbəb varmı?

Baxış sayı: 851

Tez-tez qalxanabənzər vəzdəki düyünlər ultrasəsdə təsadüfi tapıntıya çevrilir və xəstəni qorxudur. Dərhal ən “pisindəndirmi” deyə şübhələnməliyik?

Ultrasəsdə qadınların və kişilərin 40-45% -i (qadınlarda nisbətən daha tez-tez) bir, iki və ya daha çox tiroid düyünü tapılır. Bu zaman nə etməli?

Əvvəlcə TSH (tiroidi stimullaşdıran hormon) üçün qan testi etməlisiniz. TSH, tiroid funksiyasını tənzimləyən bir tiroid hormonudur. TSH göstəricisi aşağı olarsa (0,1-0,4),rahat nəfəs ala bilərsiniz. Çünki çox güman ki, aşkarlanan düyün “işləyir”, yəni tiroid hormonları T3 və T4 istehsal edir. Bu, “qaynar” düyündür və heç vaxt xərçəngə çevrilmir!

Bütün düyünlərin yalnız beş faizi qorxulu şişlərdir. Qalanları adətən, xoşxassəli şişlər olur. Bu gün tiroid xərçənginin bir növü istisna olmaqla, demək olar ki, hamısı müalicə edilə bilər. “İnsanlar artıq ondan ölmürlər”,-deyə  Mayomed Fizioterapiya və Reabilitasiya Klinikasının təsisçisi və baş həkimi, həkim-terapevt, ailə həkimi Nərminə Abbasova bildirir.

Nermine Abbasova

“Sonra sintiqrafiya etdirməlisiniz. Bundan sonra düyünü çıxarmaq və ya dərmanla müalicə etmək lazım olduğu aydın olacaq”,-deyə N.Abbasova izah edir.

Ümumiyyətlə, TSH nə qədər aşağı olsa, bir o qədər yaxşıdır. Çünki bu xərçəng olsa belə, hormon səviyyəniz aşağı olduqda, TSH-nin 6,7,10-a yüksəlməsi ilə müqayisədə daha az inkişaf etmiş sayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir