Bu salatda həm ət, həm də faydalı tərəvəzlər birləşib. Hətta qarşıdan gələn Ramazan ayında da süfrələrin doyumlu salatı ola bilər, uşaqlar da çox bəyənəcək.
Ərzaqlar:
Toyuq qaraciyəri – 300 qr
Yumurta -3 ədəd
Duzlu xiyar – 2 ədəd
Yaşıl noxud – 50 qr
KÖk – 1ədəd
Şüyüd, yaşıl soğan
Mayonez – 2 x.q
Duz. istiot
Hazırlanması:
Qaraciyər yuyulur, soyuq su alınıb, azca duz səpilib, bişirilir. Elə suyun içində sonra soyudulur ki, rəngi qaralmasın. Kökü bişirin. Qaraciyər və kökü kub doğrayın. Bura duzlu xiyar və suda bişmiş yumurtanı da kubik formasında doğrayıb əlavə edin. Sonda yaşıl qorox, xırda doğranmış soğan, göyərtini də qatıb duz istiot vurun və mayonezlə qarışdırın.