ULVIYYE EFENDIYEVA

Necə uğur qazanaq? – MÜTƏXƏSSİS YAZIR

Baxış sayı: 653

Uğur qazanmaq nəticədir, uğur isə yoldur. Uğur son bir nöqtə deyil, məqsədə gedən yolun özüdür. Bəzən uğur — insan həyatında təsadüfi, gözlənilməz və ya hesaba alınmadığı təsadüf nəticəsində meydana gələn müsbət qəbul edilən bir hadisə, şans, xoşbəxtlik kimi də dəyərləndirilir. Uğur anlayışı hər kəs üçün fərqli mənalar kəsb edir. Ona görə də hər kəs uğur məfhumunu fərqli cür təsəvvür edir. Bəziləri düşünürlər ki, sağlamlığım yerindədirsə, uğurluyam, xoşbəxtəm. Bəzilərinə görə, sevdiklərim ətrafımdadırlarsa, mənə dəstək olurlarsa, mən şanslıyam, çoxları fikirləşir ki, uğur qazanmaq öz karyeranda, işində yüksəlmək deməkdir. Belə insanlar üçün uğur anlayışı peşəkarlıq, növbəti mərhələyə yüksəlmək deməkdir. Əsas odur ki, gördüyü işdən zövq alırlar və daha da irəli gedə bilirlər.

Digər bir qism isə tamamilə fərqli fikirləşir. Belə ki, onların düşüncəsində uğur maddiyyatla əlaqəli olur. Onlar daha çox pul qazanmağın tərəfdarıdırlar və bütün addımlarını məhz buna hesablayırlar. Adətən belə insanlar deyir ki, yaxşı vəzifə, yaxşı maaş özü elə uğur deməkdir. Bəziləri üçün uğur bütün istədiklərinə nail olmaqdır.

Şəxsiyyət psixologiyasında insanlar dörd əsas aspektdən asılı olaraq bir-birlərindən fərqlənirlər: uğura inam, uğurdan imtina, uğurlar və uğursuzlar.Uğura inanan insanlar daha optimist, həyatından daha razı və əhvalları daha yaxşıdır. Şəxsən bəxti gətirmədiklərinə inanan insanlar daha çox narahatlıq yaşayırlar və nadir hallarda öz maraqları üçün gözlənilməz imkanlardan istifadə edirlər.

Hər hansı uğuru əldə etmək üçün məqsədimiz olmalıdır, irəliləmək üçün stimul olmalıdır.

Məqsədə çatmaq üçün zəhmət çəkilməlidir. Əziyyətsiz, heç bir uğura imza atmaq olmur.

Səbrli, təmkinli olmağı unutmayaq. Hər hansı çətinliklərlə, maneələrlə qarşılaşdıqda, yolumuzdan dönməyək, iradəli şəkildə irəliləsək hədəfimizə çata bilərik. Yolumuzdakı çətinliklərə də qalib gəlməyi , aşmağı bacarmalıyıq. Qarşılaşdığımız maneələrin hədəfimizə çatmağımıza mane olmağına icazə verməməliyik.

Uğur qazanmaq üçün ətrafımızdakıla ra, birgə çalışdığımız insanlara da diqqət etmək gərəkir. Burada sağlam münasibət, səmimiyyət önəmlidir. Fikir ayrılıqları və ya iradlar olan zaman sağlam şəkildə bildirilməyi gərəklidir.

Uğur qazanmaq üçün gərəkli olanlar:

Erkən yuxudan oyanmaq

Mütaliyə

Sadələşdirmək-yəni hər şeyi çətinləşdirmək, problemə çevirmək lazım deyil

Daxili söhbət

Uğur qazanmaq üçün etibarlılıq, dəqiqlik, özünə güvən, azad fikirli olmaq, yaradıcılıq qabiliyyəti olması lazımdır.

Dəqiqlik insan çalışmalıdır ki, işini vaxtında yerinə yetirsin

Etibarlılıq insan ona etibar edənləri pis vəziyyətdə qoymamalı, etibarını qazanmalıdır

Özgüvən – insan özgüvənli şəkildə verdiyi qərarından şübhələnməməlidir

Azad fikirlilik – həyata özünün obyektiv baxışı olmalıdır

Yaradıcılıq qabiliyyəti – işində uğur qazanmaq üçün yaradıcılıq qabiliyyətinin olması da əsas şərtlərdəndir

Sadəcə bir uğur var, öz yolunda addımlaya bilmək. Əgər siz öz işinizi sevirsizsə, ondan zövq alırsızsa, dəmək ki , uğura nail olubsuz. Uğur xoşbəxtliyin açarı deyil, uğurun açarı xoşbəxtlikdir. Uğurun sirri işi bayrama çevirməkdir. Məğlubiyyətdən qorxan deyil, mübarizə aparan uğur qazanacaq.

Gerçək uğur uğursuzluq qorxusuna qalib gəlməkdir.

Sağlam yolda sağlam addımlar atan hər kəsə UĞURLAR!

 

Ülviyyə Əfəndiyeva

Psixopedaqoq, loqoped, CBT terapisti, təlimçi




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir