yemeye ne var

Çuğundur kotletini belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 486

Ucuz, faydalı çuğundurdan nə bişirəcəyinizi bilmirsizsə, kotlet hazırlayın. Çuğundurdan kotlet hazırlamaq təklifi çox xanımlara qəribə və maraqlı gələ bilər. Elə isə “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında çox asan, qırmızı kotletlərin reseptini təqdim edirik:

 

Ərzaqlar:

Çuğundur – 500 qr

Süd – 100 ml

Mannı – 50 qr

Suxarı – getdiyi qədər

Duz

CUGUNDUR KOTLETI

Hazırlanması:

Çuğundur suda bişirilir. İsti sudan çıxaran kimi dərhal soyuq suya salınır. Soyuqduqdan sonra irigözlü sürtgəcdən keçirilir.  Bura süd əlavə olunub, odun üzərinə qoyulur.  Qarışdıra-qarışdıra mannı səpilir ki, düyünlənməsin. Bərabər kütlə alınana qədər hazırlayıb, oddan götürülüb soyudulur. Bu kütlədən kotlet formaları düzəldib, suxarı səpilmiş qabda fırladıb, suxarıya batırırsız. Kotletləri 20 dəqiqə soyuducuda saxlayırsız. Tavada bitki yağında ikitərəfli 1-3 dəqiqə qızardırsız. Süfrəyə xama ilə verilir.

 

Təqdim etdi: İlahə Atəş




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir