AILE

Öz əkiz ruhunu tapa bilməyənlərin qurduğu ailə

Baxış sayı: 605

İnsanlar arası münasibətləri məqsədlər tənzimləyir. Bütün məqsədlərin də məğzində daha yüksək məqsədlər dayanır. Əslində, bütün insanların bir-birilə dərin duyğu bağı var.  Fərqinə varmısınızmı, qohumlarla genetik əlaqəmiz olsa da rəfiqələr, dostlar, tanışlar və hətta tanış olmayanlar arasında ruh əkizimiz olur. İki hissəyə bölünən eyni enerji ayrı-ayrı fiziki bədənlərdə yerləşərək ruh əkizləri yaradır. Əkiz ruhlar çarəsizliyi, səbri, dəyəri və şərtsiz sevməyi bir-birindən öyrənərlər. Onları tapmaq heç da asan deyil. İki enerjiyə bölünərək bir-birindən çox fərqli həyatlar yaşaya bilən əkiz ruhlar daim olacaq.  Həyat davam edir, reallıq amansızdır. Öz əkiz ruhunu tapa bilməyən, məhəbbətsiz qurulan ailələr minlərlədir.

Yaşanan travmalardan, zaman keçdikcə reallıqla barışan və ya usanan, bir-birinə qarşı amansız olan cütlüklərin mübarizəsindən ruhən, mənən, bəzən də fiziki olaraq əziyyət çəkən övladlardı. Səbəblər müxtəlifdir. Kişi və qadının birlikdə öhdəsindən gələ bilmədiyi maddi problemlər zaman keçdikcə sevgi və hörmətin yox olmasına gətirib çıxarır.

aile

Ödəməkdə çətinlik çəkilən borclar kimi, həddindən artıq israfçılıq da boşanma ilə nəticələnir. Yalan söyləmək də münasibətlərin kökünü sarsıdır. Artıq kişi və qadın bir-birinə etibarsız yanaşır. Dürüst və açıq sözlü olmaq, qısa müddətə problemlərə səbəb olsa da, yalan danışmağın geriyə dönüşü olduqca çətindir. Şəxsiyyət formalaşmadan gənc yaşda qurulan evliliklər də illər keçdikcə peşmançılıq yarada bilir. Fiziki və mənəvi şiddət, evliliyin bitməsi üçün əsas səbəblərdəndir. Liderlik həvəsində olan, ailədə bir sözünün iki edilməsinə dözə bilməyən, öz uğursuzluqlarını qadına şiddətdən çıxarmağa alışanlar, adətən, əsəbi olurlar və ailə – uşaqla düşməncə davranırlar.

Əgər evdə bir şey mükəmməl deyilsə, bu adam əsəbləşər, neqativ təpkilər göstərər, ən cüzi dəyişiklik canını sıxar, çox rasional olar, evdə nəyinsə dəyişməsini, ailədə yeniliyi istəməzlər. Vərdişlərinin köləsi olarlar. Üstünlüyün onlarda olmasını istərlər, dava salar, lakin heç vaxt tabe olmazlar. Alçaldıb sonra ürək almaq isə zəif kişilərin əsas əlamətidir. Zəif qadın, kişi diqqətsizliyini onun daima zamanının olmaması kimi anlaya bilər. Ruhi problemlər, içkiyə düşkünlük də şiddət doğuran səbəbdi. Bəzən də mazoxistlər kimi həyatlarında mübarizə, maneə olmasa məyus olan, özünü incitməyi sevən qadın növü var ki, onlar sakit yaşaya bilmir, həmişə özlərinə çətinlik yaradır. Ətrafdakıları bunda ittiham edirlər. Əzabkeş obrazı yaradırlar. Belə qadınlarla çox çətin olur.

aile

Adətən qərarsız, məsuliyyətsiz kişiləri seçirlər ki, həyatlarında daşımağa yük olsun. Fərqli sosial mühitlərdə böyüyən iki insan çox vaxt evliliyini uzun müddət davam etdirə bilmir. Qadının getdikcə güclənməsi və hüquqlarını dərk edərək düşdüyü bataqlıqdan (məhəbbəti tükənməyibsə) çıxması mümkündü. O, mənəvi inkişafın pillələrində aşağı enməyi özünə rəva bilməz. O, intellektini yüksəltməyə çalışar, çox mütaliə edər, işləyər, özünə dəyər verər və dəyərli olmağı qiymətləndirə bilər. Yaşadığımız cəmiyyətdə çətinliyə düşüb nəticə çıxarmış güclənmiş qadınların sayı artdıqca müasirliyin siması da dəyişir.

 

Yeganə İskəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir