oruc

Arıqlamaq məqsədilə oruc tutmaq olarmı?

Baxış sayı: 451

Arıqlamaq məqsədilə oruc tutmaq olarmı? Millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov bu sualla bağlı öz fikirlərini bölüşüb. Millət vəkili bildirib ki, oruc sırf Allaha ibadət məqsədilə edilən ibadətlərdən biridir:

“Oruc tutan insanın əsas niyyəti Allaha ibadət olmalıdır. Arıqlamaq oruc tutarkən əsas yox, ikinci dərəcəli məqsədlərdən biri ola bilər”.

Ceyhun Məmmədov həmçinin qeyd edib ki, oruc ibadəti yalnız ac qalmaqla yerinə yetirilməməlidir:

Ramazan

“Oruc sözü ərəb dilində tutmaq mənasını ifadə edir. Oruclu insan günah əməllərdən də özünü tutmalıdır.  İnsanların haqqına girməkdən, qeybətdən, dedi-qodudan, insanları ələ salmaqdan və digər müsəlmana yaraşmayan əməllərdən uzaq olmalıdır.

Oruc tutan insan hətta beynini belə pis fikirlərdən təmiz saxlamalıdır. Əgər oruc tutan insan günah əməllərə davam edirsə, insanları incidirsə, onların haqqına girirsə və digər günah əməllərə yol verirsə bu orucun ona heç bir faydası yoxdur. Çalışaq ruhən və cismən oruc tutaq. Allah bütün dua və ibadətləri qəbul etsin!”

 

Xalidə Gəray




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir