Hər birimiz həyatımızda ən azı bir dəfə ağcaqanad sürüsü ilə qarşılaşmışıq. Daha çox yay axşamlarında görünən bu sürülər adətən başımızın üstündə uçur. Bu vəziyyətin anlaya bilmədiyimiz bir çox səbəbləri var. Başınızın üstündə gizlənən ağcaqanad sürüsü gördükdə dəf etmək bəzən çox çətin bir işə çevrilə bilər. Uçan böcəklərin çoxu bu baş uçma ritualını edir, əslində bu, sadəcə ağcaqanadlara xas bir davranış deyil.
Araşdırmalara görə, bu hərəkətlərin bir neçə səbəbi var. Belə ki, fiziki fəaliyyətdən sonra bədənimizdən ayrılan istilik, karbon qazı və qoxunun miqdarının artması bizi onlar üçün daha cəlbedici edir. Bədənimizdən çıxan istilik və qoxu bu hərəkəti tətikləyir. Xüsusilə, dişi ağcaqanadların bədənlərindəki sensorlar onların insan bədənində yayılan istiliyi, qoxunu və karbon qazını hiss etmələrini təmin edir. Bu əlamətləri görən ağcaqanad yemək tapdığını anlayır.
Çox tərləyənlərə pis xəbərimiz var. Xüsusilə, insan tərində olan kimyəvi “oktenol” ağcaqanadların sevdiyi maddədir. Oktenol insan orqanizmindən yayılan kimyəvi maddələrə həssas olan bu canlılar üçün vazkeçilməz hədəfdir. Odur ki, yay aylarında bədənimizin çox aktiv olduğu bir vaxtda belə bir sürü ilə qarşılaşsanız, onlar üçün ləzzətli bir yemək kimi göründüyünüzü unutmayın.
Saçınıza çəkdiyiniz gel, sprey kimi məhsullar da, ağcaqanadları çox cəlb edir. Başımızın kifayət qədər istilik yaydığını bilirik və bunun üzərinə sprey kimi məhsullardan ayrılan istilik miqdarı artır. Eyni zamanda bədənin tər qoxusunu ən yüksək qoruma qabiliyyətinə malik olan saç milçəklər üçün misilsiz bir nemətdir.
Başımızın üstündə ağcaqanadlar qrupunun səbəbkarı həmişə biz deyilik. Erkək ağcaqanadlar cütləşmək üçün yalnız erkək sürü halında uçurlar. Ağac və ya qaya üzərində uçan bu sürüyə dişi girdiyi zaman cütləşmə üçün sürətli uçmağı bacarmaq lazımdır. Bu ritual üçün ümumiyyətlə cansız cisimlərə üstünlük verilsə də, bu qəribə canlılar insanın başının üst hissəsini də seçə bilirlər. Əgər başınızda onları qovsanız da getməyən arsız ağcaqanad sürüsü görsəniz, bilin ki, onlar öz nəsillərini davam etdirməyə çalışan bir dəstədir.
İlahin Zaman