Sağlam və daimi çəkidə qalmaq üçün idmanla yanaşı qidalanmaya da diqqət etmək lazımdır.
Çəki atmağınıza yardımçı olacaq 1 həftəlik pəhriz proqramını təqdim edirik:
1. gün
Səhər: Qaynadılmış yumurta (1 ədəd), qızardılmış kəpəkli çörək (2 dilim), cəfəri (8 ədəd), yağsız pendir (2 dilim), pomidor (1 ədəd), xiyar (1 ədəd)
Qəlyanaltı: Yağsız qatıq (1 qab), qoz (3 ədəd), yaşıl alma (1 ədəd), zəncəfilli və darçınlı şəkərsiz az yağlı süd (1 stəkan)
Şam yeməyi: Qızardılmış balıq (1 porsiya), zeytun yağında bişirilmiş yaşıl lobya (1 boşqab), göyərtilərdən hazırlanmış salat (1 qab)
2. gün
Səhər: Sadə müsli (5 qaşıq), darçınlı az yağlı qatıq (1 qab), fındıq (6 ədəd)
Qəlyanaltı: Yaşıl alma (1 ədəd)
Nahar: Tərəvəz şorbası (1 qab), qızardılmış toyuq döşü (yarım)
Qəlyanaltı: Kivi (2 ədəd), yağsız az duzlu pendir (2 dilim)
Şam yeməyi: Yüngül ədviyyatlı bulqur pilavu (yarım boşqab), zirəli və qırmızı bibərlə bişmiş noxud (yarım boşqab), qara bibər (2 ədəd), göyərtilərdən hazırlanmış salat (1 qab)
Gecə: Yaşıl alma (1 ədəd)
3. gün
Səhər: Çovdar çörəyi ilə hazırlanan pendirli yağsız tost
Qəlyanaltı: Xiyar (2 ədəd)
Nahar: Mərci şorbası (1 qab), qızardılmış köftə (4 ədəd), qara bibər (2 ədəd), yulaf əzməli, darçınlı və zəncəfilli yağsız qatıq (1 qab), qoz (2 ədəd)
Şam yeməyi: Qəhvəyi makaron (yarım boşqab), soğan və sarımsaq ilə qovrulmuş ispanaq (yarım boşqab)
Gecə: Balqabaq toxumu (1 ovuc)
4. gün
Səhər: Sadə müsli (3 qaşıq), yulaf əzməsi (2 qaşıq), yağsız süd (1 stəkan), darçın (yarım çay qaşığı), zəncəfil (yarım çay qaşığı), qoz (3 ədəd)
Qəlyanaltı: Ananas (3 dilim)
Nahar: Tərəvəz şorbası (1 boşqab), yumurta ağı (3 ədəd), cəfəri və yaşıl bibərli yağsız qayğanaq (1 yumurta sarısı ilə), roka (1 qab)
Qəlyanaltı: Yağsız ayran (1 stəkan), badam (6 ədəd)
Şam yeməyi: Qırmızı bibərli yaşıl mərci (1 boşqab), qızardılmış çovdar çörəyi (1 dilim)
Gecə: alma qurusu (1 ovuc), duzsuz sarı ləbləbi (1 ovuc)
5. gün
Səhər: Banana (1 ədəd), qreypfrut (1 ədəd), qoz (3 ədəd)
Nahar: Toyuq (1 porsiya), qızardılmış tərəvəzlər (1 porsiya)
Qəlyanaltı: Yağsız ayran (1 stəkan), gavalı (6 ədəd)
Nahar: Bulqur pilovu (Yarım boşqab), brokoli (1 boşqab)
Gecə: Duzsuz sarı ləbləbi (1 ovuc), yaşıl alma (1 ədəd)
6. gün
Səhər: Çovdar çörəyi ilə yağsız tost
Qəlyanaltı: Yaşıl alma (1 ədəd)
Nahar: mərci şorbası (1 fincan), qızardılmış köftə (4 ədəd), qara bibər (2 ədəd)
Qəlyanaltı: badam (6 ədəd)
Şam yeməyi: Yüngül ədviyyatlı bulqur pilovu (yarım boşqab) zirəli və qırmızı bibərlə bişmiş noxud (yarım boşqab), qara bibər (2 ədəd), soyuq göyərti (1 qab)
7. gün
Səhər: Tam buğda çörəyi (2 dilim), qaynadılmış yumurta (1 ədəd), cəfəri (8 ədəd), yağsız pendir (2 dilim), xiyar (1 ədəd), zeytun (8 ədəd)
Qəlyanaltı: Yağsız qatıq (1 qab), xiyar (1 ədəd), yaşıl alma (1 ədəd)
Şam yeməyi: ispanaq şorbası (1 boşqab), qızardılmış köftə (4 ədəd), qovrulmuş badımcan və yaşıl bibər (1 qab)
Gecə: Qara üzüm (1 ovuc)