Zumrud Haqverdiyeva

Zorakılığın qadın, kişi və uşaqlara təsirləri – “SEANS VAXTI”

Baxış sayı: 416

Zorakılıq təkcə fiziki deyildir. Sözlü və davranış zorakılığı da vardır. Həyat yoldaşına, övladına, işçisinə və s. Davamlı olaraq bağıran, danlayan biri də zorakılıq etmiş olur. Bəzi insanlar zorakılığı problemlərin həlli yolu və ya idarəetmə tərzi kimi qəbul edə bilərlər. Zorakılığın ən çox görüldüyü yer, ailə mühiti gəlir, məişət zorakılığına ən çox uşaqlar məruz qalır, ikinci yerdə isə qadınlar gəlir. Valideynlər həm bir-birləri ilə münaqişələrindən doğan qəzəbi, həm də gündəlik həyatda yaşadıqları stressi ən çox övladlarına əks etdirirlər. Onlar həssas və günahsız olduqları üçün valideynlərin ən asan hədəfi olurlar.

 

Ailə daxilində şiddətin səbəbləri nələrdir?

1) Valideyn uyğunsuzluğu

2) Ailədə iqtisadi problemlər

3) Ciddi şəxsiyyət problemləri (Psixopat və s.)

4) Müxtəlif psixiatrik pozğunluqlar (ailə üzvlərindən bir və ya bir neçəsi)

5) Depressiya, stress pozuntuları, şəxsiyyət pozuntuları

6) Alkoqol-narkotik–qumar, internet, seks- asılılıqları

7) Kişi həmişə evə gec gəlməsi

8) Qadın kişini daim dəyərsizləşdirməsi

9) Ailə qohumlarının və digər şəxslərin ailəyə kənardan müdaxiləsi.

10) Ögey valideynlərin uşaqlara təzyiqi

 

Uşaqlar və gənclər məişət zorakılığından çox əziyyət çəkirlər. Davamlı olaraq, tənqid olunan və alçaldılan uşaqda iki cür davranış yarana bilər.

1) Son dərəcə utancaq, passiv və özünə inamı olmayan fərd.

2) Qəddar, aqressiv, itaətsiz və gələcək psixopatlar. Uşaqlar atacaqları hər addımda böyüklərinin gözlərinin içinə baxır, narahat olur, hər an döyüləcəklərindən qorxa bilərlər. Bəzi azyaşlı uşaqlar evdən qaçır, küçə uşaqlarını gözləyən hər cür təhlükəyə düşürlər.

 

Həyat yoldaşından fiziki zorakılığa məruz qalan kişilər də vardır.

1) Xanımı tərəfindən hər gün evdən qovulması

2) Hər gün alçaldılması

3) Hər gün cinsi qeyri-kafiliklə

4) İşsizlik səbəbiylə tənqid edən

5) Davamlı olaraq başqa qadınların yoldaşları ilə müqayisə və alçaltmaq.

6) Yoldaşına yemək bişirməyən, vəzifələrini yerinə yetirməyən və kişini qurban edən.

 

Şiddətə məruz qalan qadınlar da vardır. Çox təəsüf olsun ki, günümüzdə də şiddətə məruz qalan, hətta cinayətə məhkum olunan qadınlar da vardır. Düşünürəm ki nə qədər bu kimi problemlər qarşısı alınmazsa, o ailələr də böyüyən uşaqlar da gələcəyin potensial qatili vəya suisidal cəhdlər edən bir şəxsi olacaqdır.

 

 

Zümrüd Haqverdiyeva

“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir