yatmaq

İşıqlı otaqda yatmağın zərərləri nədir?

Baxış sayı: 790

Bəzən televizorun qarşısında, bəzən isə gecə lampasında yuxuya gedirik. Ynei araşdırmalara görə isə, yatdığımız zaman işığın olması bədənimiz üçün çox zərərlidir.

Yuxu hər bir insan üçün faydalıdır və hamı yatmağı sevir. İnsan sağlamlığında da yuxunun mühüm yeri var. Yaxşı yatmadığımız zaman günümüz pis keçir və əsəbləşirik. Amma keyfiyyətli yata bilmək üçün müxtəlif üsullar var. Onlardan ən vacibi isə, yatdığımız yerdə işığın olmamasıdır.

 

Şimal-Qərb Tibb Universitetinin tədqiqatçılarının araşdırmalarına görə, işıq təkcə yuxunun keyfiyyətinə deyil, bədənin sağlamlığına da təsir edir.

 

Yatdığımız mühit işıqlı olarsa, nə baş verir?

“Northwestern Medicine” alimlərinin fikrincə, hətta kiçik miqdarda işıq yuxu zamanı ürək-damar balansına təsir edə bilər. Oyandığınız zaman bu, insulin müqavimətini artıra bilər. Bu, həm də yüksək təzyiq və diabet riski deməkdir. Alimlər bu reallığı sübut edə biliblər.

Professor Dr. Filips Zee deyir ki, tədqiqatın nəticələri sübut edib ki, bir gecəlik yuxu zamanı otaq işığına məruz qalma ürək xəstəliyi, diabet və metabolik sindrom üçün risk faktorları olan qlükoza və ürək-damar sisteminin tənzimlənməsini poza bilər.

Zeenin fikrincə, insanların yuxu zamanı işığa məruz qalmasının qarşısını almaq və ya minimuma endirmək vacibdir.

Professor qeyd edib ki, ürək döyüntüsü gecə yatarkən azalır və səhər günəş işığına məruz qaldıqda yüksəlir. İfrazata uyğun olaraq sinir sistemimiz aktivləşir. Ancaq eyni təsir yuxu zamanı işığa məruz qaldıqda da baş verə bilər.

Araşdırma müəlliflərindən Dr. Daniela Grimaldinin fikrincə isə, işıq yanarkən yuxuda olsanız belə, avtonom sinir sisteminiz işə düşür və bu pisdir. Ümumiyyətlə, digər ürək-damar parametrləri ilə yanaşı, gecələr ürək döyüntüləriniz daha aşağı, gündüzlər isə daha yüksək olur. O, qeyd edib ki, yatarkən işıq varsa, yüksək təzyiq riski xeyli artır.

Araşdırmada o da məlum olub ki, yatarkən işığa məruz qalan insanlar yuxudan oyananda insulin müqaviməti əlamətləri göstərə bilirlər. Bu, vücudunuzun qan dövranınızdakı qlükozanı enerji üçün istifadə edə bilməməsinə və mədəaltı vəzin kompensasiya etmək üçün bədənə daha çox insulin göndərməsinə səbəb ola bilər. Bu da zamanla 2 Tip diabetə səbəb ola bilər.

 

Bəs daha sağlam yuxu üçün nə etməliyik?

Yuxunuzun keyfiyyətini yaxşılaşdırmaq və oyandığınız zaman daha sağlam metabolizmə sahib olmaq üçün yatdığınız zaman bütün işıqları və televizoru söndürməyi unutmayın. Yuxu maskası alma q da tövsiyyə edilir. Tamamilə qaranlıq bir mühitdə yatdığınızdan əmin olun. Burada əsas məqam gözlər olduğu üçün gözlərinizə heç bir işıq daxil olmamalıdır.

Eyni zamanda axşam 22:00-23:00 arasında yatmaq elm adamlarına görə “ən sağlam saat” olaraq xarakterizə edilir. Araşdırmalara görə, yuxu saatları ürək xəstəliklərinə təsir edir və bu saat qurşaqlarının ən sağlam saatlar olduğunu göstərir. Bununla yanaşı, hər gün eyni saatlarda yatıb oyanmağa diqqət yetirmək və böyüklər üçün gündə 7-9 saat yatmaq çox önəmlidir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir