Xəyali dosta xüsusilə uşağın 3-4 yaşında tez-tez rast gəlinir. Məktəb dövrünün başlaması ilə xəyali dostlar da getdikcə azalır və yox olur. Araşdırmalar göstərir ki, xəyali dosta sahib olmaq tamamilə normaldır. Xəyali dostları olan uşaqların dil inkişafının daha yaxşı olduğu aşkar edilmişdir Xəyali dost üçün mühit yaradır. Xəyali dostlar uşaqlara dünyanı daha yaxşı anlamağa kömək edir.
Xəyali dostunun olmasının faydaları nələrdir?
1) Uşağın təxəyyülünü inkişaf etdirir.
2) Söz ehtiyatını inkişaf etdirir.
3) Qərar vermək, məsuliyyət götürmək, səbəb-nəticə əlaqəsini öyrənmək kimi qazanclarda uşağa töhfə verir. Bu, ona duyğularının öhdəsindən gəlməyə kömək edir.
4) Xəyali dost uşağa həyatındakı stress faktorlarının öhdəsindən gəlməyi öyrədir, onun daxili aləmini anlamağa kömək edir
5) Onlar kontaktda olmağa meyllidirlər
6) Empatiya artır.
7) Jestlərdən və mimikalardan istifadə etməyə kömək edir.
Valideynlər nə edə bilər?
Uşağınızın xəyali dostunu laqeyd yanaşmayın. Ana və ata xəyali dostu neytral qarşılamalıdırlar. Uşağın xəyali dostuna hörmət etməlisiniz. Tələsməyin və mühakimə etməyin. Xəyali dostun hansı hallarda göründüyünü müşahidə edin. Xəyali dostla oyun oynamağa qadağa qoyulmamalıdır.
Xəyali dost nə vaxt problem yaradır?
1) Uşağın xəyali dostu 7 yaşından sonra davam edərsə.
2) Əgər uşağınız yaşına və inkişaf səviyyəsinə uyğun sosial davranışlar nümayiş etdirmirsə.
3) Əgər travmatik bir təcrübədən sonra yaranıbsa
4) Həmyaşıdları ilə ünsiyyət qurmurlarsa
5) Xəyali dostu ilə vaxt keçirmə vəziyyəti həddindən artıq artmağa başlayıbsa.
6) Əgər uşağın həqiqi dostlarından daha çox xəyali dostları varsa
7) Əgər o, digər uşaqlarla ünsiyyətdən qaçırsa və real dünyada bir şey etməkdənsə, xəyali dostuna üstünlük verirsə, peşəkar dəstək axtarmaq faydalı olacaqdır.
Zümrüd Haqverdiyeva
“Bilmed” Psixologiya Nitq inkişafı və Reabilitasiya mərkəzinin psixoloqu