nermine abbasova

Ortopedik xəstəliklər və onların növləri

Baxış sayı: 681

Dayaq-hərəkət sisteminin xəstəliklərinə kifayət qədər çox rast gəlinir. Bəzən heç pasientlər  özlərində hər hansı bir xəstəliyin olmasını hiss etmirlər. Bəzən isə vaxtın olmadığından şikayət edirlər, lakin vaxtında xəstəliyin qarşısının alınması onun tamam sağalmasına səbəb ola bilər. Skolioz və ya onurğa əyriliyi dedikdə, onurğanın yana 10 dərəcədən artıq əyilməsi nəzərdə tutulur. Skoliozun ən çox rast gəlinən forması aşağıdakılardır:

a)  İdiopatik, b)  Anadangəlmə, c)  Sinir-əzələ mənşəli, d)  Strukturlu

İdiopatik skolioz adətən, 10 yaşından sonra inkişaf etməyə başlayır, qızlarda 12 yaşında oğlanlarda isə 14 yaşında inkişaf etməyə başlayır. Xəstəlik adətən, məktəbdə profilaktik müayinələr zamanı aşkalanır. Skoliozun isə bilinən bir neçə dərəcəsi var, nəzərə çarpmayan formadan deformasiyaya uğramış onurğaya qədər  rast gəlinir. Bu zaman onurğa deformasiyasından başqa, qabırğalarda dəyişiklik və nəfəsalmada pozğunluqlar yaranır.

İdiopatik skolioz çox vaxt 1-10 yaşarası  uşaqlarda  rast gəlinir. Diaqnozun vaxtında qoyulması üçün profilaktik tədbirlərin görülməsi çox vacibdir.

Anadangəlmə skolioz onurğa strukturlarının malformasiyası nəticəsində meydana çıxır. Spinal xorda elementləri və onurğa strukturlarından hestasiya dövrünün 3-6-cı həftələri  arasında yaranır və inkişaf edir. Anadangəlmə onurğa xəstəlikləri, adətən digər orqanların malformasiyaları ilə rast gəlinir. Bunlara isə qinekourinar  trakt, sinir sistemi və ürək daxildir.

Sinir-əzələ mənşəli skolioz sinir sisteminin pozğunluqları ilə bağlı meydana çıxan bir növüdür, məsələn, uşaq serebral iflici, onurğa fəqərələrinin çatı, əzələ distrofiyası, kürək nahiyəsinin travması, onurğa şişləri, neyrofibromatoz.
Skoliozun müalicəsi ortopedin nəzarəti altında aparılır. Yüngül formalarda müalicəvi gimnastika, üzmək və massaj sağalmağa tam kifayət edir.

Ağır formalarda isə korreksiyaedici korsetdən istifadə olunmalı və cərrahi əməliyyat aparılmalıdır.

Kifoz -bu onurğanın saggital ölçüdə 50º-dən çox əyilməsinə deyilir. Xaricdən baxdıqda bu donqarı xatırladır. Kifozun ən çox rast gəlinən formaları isə bel bükülməsi və Şeurman kifozudur. Bəzən qarışıq kifoskoliozlara rast gəlinir.

Müalicə cərrahidir.

Profilaktika üçün bu xəstəliklərin vaxtında diaqnozunun qoyulması çox vacibdir.

Spondiloliz və spodilolistez – Spondiloliz fəqərə qövslərinin oynaqarası defektidir. Spondilolistez isə yuxarıdakı fəqərənin aşağıdakına nisbətən önə doğru sürüşməsidir. Müalicə adətən cərrahi yolladır.

Ankiloz – Ankiloz oynaqda hərəkətsizlik deməkdir. Bu xəstəlik oynağın iltihabi xəstəliklərində və oynaq səthlərinin müxtəlif dərəcəli travmalarında, oynaq uzunmüddətli gipsdə qaldığı zaman meydana çıxır.

Ankilozun 2 növü var:

1. Fibroz ankiloz, oynaq səthlərinin qığırdaq hissəsinin fibroz toxuması ilə əvəz olunan degenerativ dəyişkənliyidir. Xəstələrin əsas şikayəti oynaqlarda ağrıdır.

2. Sümük ankilozu, birləşdirici sümük toxumasının yaranması ilə xarakterizə olunur. Oynaqda heç bir ağrı əlaməti olmur və heç bir hərəkət müşahidə olunmur.

Diaqnoz rentgenoloji müayinəyə əsasən qoyulur.

Müalicə cərrahidir, adətən, artroplastika aparılır.

Oynaqları kontrakturası – Kontraktura dedikdə, oynaqların hərəkət məhdudiyyəti başa düşülür. Anadangəlmə və qazanılmış  kontrakturalar vardır. Anadangəlmə kontrakturalar nadir halda olub, əyripəncəlilik şəklində meydana çıxır. Qazanılma kontrakturalar daha çox rast gəlinir və daha çox travma və oynaqlarn xəstrəlikləri nəticəsində meydana çıxır.

Düpyüitren kontrakturası – Əl barmaqlarının anadangəlmə birləşməsinə deyilir. İlkin mərhələlərdə kontrakturaların müalicəsi fizioterapevtikdir, gecikmiş mərhələlərdə isə cərrahi yolladır.

 

Nərminə Abbasova

Mayomed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir