q

Tez qocalmanın səbəbləri nələrdir?

Baxış sayı: 2. 365

Ultrabənövşəyi şüaların təsirinə məruz qalanda orqanizmdəki azad radikalların sayı artır. Dalğanın uzunluğundan asılı olaraq, UVA (A tipli ultrabənövşəyi şüa) və UVB (B tipli ultrabənövşəyi şüa) şüaları fərqləndirilir. UVB şüaları UVA şüalarından qısadır, onlar ilk növbədə dərinin üst qatına təsir edirlər. Məhz UVB şüaları dəri hüceyrələrində melaninin yaranmasına və insanın qaralmasına səbəb olurlar. Melanin – xüsusi piqmentdir ki, üzün rənginə cavabdehdir. Azad radikalların melaninə mənfi təsiri dəridə yaş dəyişiklikləri ilə nəticələnir. UVA şüaları dərinin dərin qatlarına daxil olur, dermada kollagen və elastini məhv edən azad radikalların daha fəal törəməsinə təsir edir və bununla üzdə qırışların yaranması başlayır. Beləliklə, günəş şüalanması və azad radikallar dəri hüceyrələrinin yenilənməsinin normal prosesini pozur və vaxtından tez qocalmaya səbəb olur.

Siqaret tüstüsü

Siqaret tüstüsü kollageni məhv edən enzimlərin sayını artırır. Bu, dərinin quruluşunu dəyişir və qırışların yaranmasını tezləşdirir. Siqaret çəkmək özü də dəriyə qan axınını zəiflədir, dəri oksigen çatışmazlığı hiss edir və solur, cansız olur, bürüşüklük yaranır. Siqaret çəkən insanın orqanizmi azad radikallarla mübarizə aparan güclü antioksidantı – C vitaminini çətin qəbul edir.

Yanlış qidalanma

Kifayət qədər meyvə və tərəvəzdən ibarət olmayan rasion orqanizmin azad radikallarla mübarizəsinə lazım olan vitamin, mineral və antioksident qıtlığına səbəb olur.

Əsəb

Əsəbiləşərkən bədəndə kortizol kimi hormon yaranır. Kortizolun həddindən çox olması immunitetə və əzələlərə təsir edir və qırışları yaradan nazik dəriyə səbəb olur.

Yuxu çatışmazlığı

Xroniki yuxusuzluq orqanizmdə maddələr mübadiləsini pozur, dəri hüceyrələrinin bərpasını zəiflədir, dəri solur, qırışlar əmələ gəlir və dəri halsız olur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir